Həbsdə olan Əkrəm İmamoğlu qərarını verdi - O da getdi…
12 Avqust 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
512
03.07.2026, 20:18
Ermənistan ilə Rusiya arasında gərgin siyasi dialoq fonunda regional nəqliyyat layihələri, xüsusilə "Zəngəzur dəhlizi" ətrafında müzakirələr aktivləşib. Vaşinqtonda keçən ilin avqust ayında imzalanmış sənədin nəticəsi olan və "Tramp marşrutu" (TRIPP) kimi tanınan yeni nəqliyyat layihəsi ilə bağlı Moskvanın İrəvana göndərdiyi açıq mesajlar geosiyasi gündəmin əsas mövzularındandır.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov Rusiyanın bu marşrutda pay sahibi olmaq istəməsinin əsas geosiyasi səbəblərini şərh edib.
Politoloq qeyd edib ki, sözügedən marşrutun həlli ilə bağlı artıq ABŞ ciddi maraq göstərir və Ermənistan buna etiraz etmir, bunu müxtəlif bəyanatlarında və sənədlərində təsdiqləyib:
“Əsas həqiqət ondan ibarətdir ki, marşrut Ermənistan ərazisindən keçəcək. Baxmayaraq ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan birləşir və dəhliz yaranır, əslində bu xətt Ermənistan ərazisindən keçir. Təbii ki, bu, Rusiyanı çox qıcıqlandırır”.
Fikrət Sadıqovun sözlərinə görə, Moskvanın narazılığının fundamental səbəbi regionda təsir rıçaqlarını və nəzarəti itirmək qorxusudur:
“Rusiya Ermənistana, dəhlizə və ümumiyyətlə regiona olan faktiki nəzarətini əldən vermək istəmir.
Ermənistanın Avropa İttifaqına üz tutmaqla bağlı qərarlar qəbul etməsindən və müvafiq parlament sənədlərinin təsdiqlənməsindən sonra Moskva buna çox sərt reaksiya verir. Moskvadan Paşinyana dəfələrlə xəbərdarlıqlar edilib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında (AVROASİYA) qala bilməz. Həm o, həm də bu tərəfə baxmaq İrəvan üçün çox çətindir. Eyni zamanda ortada güzəştli qaz məsələsi kimi ciddi iqtisadi təzyiq rıçaqları var”.
“Paşinyan Fondan Lyayen səfərindən sonra hünərli davranır"
Ermənistanın indiki rəhbərliyinin cəsarətləndiyini deyən professor vurğulayıb:
“Görünən odur ki, Paşinyan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin səfərindən və ona vəd edilən milyonlardan sonra özünü bir az daha hünərli aparır. Amma əlbəttə ki, burada müəyyən bir gərgin vəziyyət yarana bilər. Çünki, Rusiya və eyni zamanda İran bu marşrutun açılmasını narahatlıqla qəbul edir. Burada müəyyən qütblər üz-üzə gəlir”.
Fikrət Sadıqov hesab edir ki, İrəvan rəhbərliyi Azərbaycanla münasibətlərin normallaşmasını istəyirsə, mütləq siyasi iradə nümayiş etdirməlidir:
“Əgər Ermənistan münasibətlərin normallaşması prosesinə önəm verirsə, bu dəhliz mütləq açılmalıdır. İstisna deyil ki, gələcəkdə orada Rusiyanın da payı olsun. İrəvan Rusiyanın hər an törədə biləcəyi təxribatları bildiyi üçün, güzəştli şəkildə Moskvanın payını nəzərə ala bilər və bu addımı ata bilər”.
Sonda politoloq əlavə edib ki, bu marşrutda ABŞ kimi böyük bir dövlətin maraqları var və Vaşinqton marşrutun təhlükəsizliyini təmin edən ölkə kimi əlindən gələni edəcək. Bu marşrut həm ABŞ-nin, həm Avropa İttifaqının, həm də Azərbaycan və Ermənistanın maraqlarına cavab verir. Buna görə də Rusiyanın prosesə bu cür müdaxiləsi tamamilə yersizdir.
Çimnaz Telmanqızı
23:59 / 12 Avqust 2026
37
23:40 / 12 Avqust 2026
60
23:03 / 12 Avqust 2026
63
22:50 / 12 Avqust 2026
68
22:15 / 12 Avqust 2026
77
22:04 / 12 Avqust 2026
69
21:53 / 12 Avqust 2026
81
21:19 / 12 Avqust 2026
114
21:12 / 12 Avqust 2026
82
21:02 / 12 Avqust 2026
89
21:00 / 12 Avqust 2026
611
20:44 / 12 Avqust 2026
70
20:33 / 12 Avqust 2026
501
20:19 / 12 Avqust 2026
93
20:18 / 12 Avqust 2026
345
20:16 / 12 Avqust 2026
75
20:14 / 12 Avqust 2026
79
19:45 / 12 Avqust 2026
75
19:40 / 12 Avqust 2026
86
19:15 / 12 Avqust 2026
85
19:05 / 12 Avqust 2026
1480
19:00 / 12 Avqust 2026
89
18:55 / 12 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.