Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” - AĞ EVLƏ RAZILAŞDIRILDI
11 İyul 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
439
22.06.2026, 11:38
İranın ABŞ-a müqavimət göstərməyə nəyi vardı?
İranın əlində dünyanın ən güclü ordularına bərabər tutula biləcək bir təyyarə donanması yox idi, lakin onun dörd fərqli silahı var idi və bu silahlar klassik hərbi gücdən daha çox, coğrafiya, hesablama və səbr oyunu üzərində qurulmuşdu.
Birincisi, dünyanın neft damarı sayılan Hörmüz boğazı idi. Müharibə başlayan kimi Tehran bu dar suyolunu minalarla və hərbi gəmilərlə bağladı. Dünya neft ticarətinin beşdə birinin keçdiyi bu boğazın susması qlobal enerji bazarını sarsıtdı, Qərbdə inflyasiyanı artırdı, benzin qiymətlərini sıçradı. Vaşinqtona təzyiq elə buradan özünün vətəndaşlarının narazılığından gəldi.
İkincisi, ucuzluq gücə çevrildi. İran bahalı qırıcı təyyarələrlə yox, hər biri cəmi 2-3 min dollara başa gələn kamikadze dronlar və ballistik raketlərlə vuruşdu. Bəhreyn, Küveyt, Qətərdəki Amerika bazaları və İsrail ərazisi fasiləsiz bir dron selinə məruz qoydu. ABŞ isə hər bir ucuz dronu vurmaq üçün milyonlarla dollarlıq Patriot raketləri xərclədi. Bu cür "qarışqaları top atəşinə tutmaq" heç bir fayda vermədi.
Üçüncüsü, İran tək vuruşmurdu. Onlarca ildir qurduğu "Müqavimət Oxu" şəbəkəsi, Livan Hizbullahı, Yəmən Husiləri, İraq və Suriyadakı şiə qruplaşmaları eyni anda bir neçə cəbhəni alovlandırdı. Hizbullah İsrailin şimalını raket yağışına tutdu, Husilər Qırmızı dənizdə gəmiçiliyi iflic etdi, İraqdaki qruplar isə ABŞ bazalarını davamlı təqib atəşinə tutdu. Vaşinqton beş-altı cəbhədə eyni anda döyüşməyə vadar oldu.
Dördüncüsü, sadəcə coğrafiya idi. İranın dağlıq ərazisi onlara illərdir nüvə və raket obyektlərini yerin dərinliklərində, "raket şəhərlərində" gizlətmək imkanı vermişdi. Hava zərbələri bu yeraltı qalalara çata bilmədi, ABŞ isə quru əməliyyatına, yəni İrana əsgər göndərməyə risk etmədi.
ABŞ-ın qələbə adına əlində nə var?
ABŞ bu müharibədə hərbi dildə "təmiz qələbə" adlandırıla biləcək bir nəticə əldə edə bilmədi. Əgər qələbənin meyarı sadəcə düşmənin hərbi obyektlərinə zərbə vurmaqdırsa, bəli, hava üstünlüyü ABŞ və İsrailin tərəfində idi, İranın orduları və Hizbullah ağır itkilər verdi, Xamenei belə sui-qəsd qurbanı oldu. Amma müharibənin siyasi məqsədləri tərəzinin digər gözünü ağırlaşdırdı və ABŞ aşağıya yuvarlandı.
Tramp administrasiyasının elan etdiyi üç böyük şüar rejim devirmək, raket sənayesini yerlə-yeksan etmək, proksi qüvvələri silahsızlaşdırmaq vəd kimi qaldı, gerçəyə çevrilmədi. Tehrandakı teokratik sistem Xameneinin ölümündən sonra sürətlə özünü bərpa etdi. İmzalanan Anlaşma Memorandumunda raket proqramının dayandırılması haqqında bir kəlmə yox idi, proksi qruplaşmaların tərksilahı da sənəddən tamamilə çıxarıldı.
İqtisadi tablo da ürəkaçan deyildi. Hörmüzün bağlanması neftin qiymətini rekord həddə qaldırdı, ABŞ daxilində yanacaq böhranı və xalq narazılığı yaratdı bu da Tramp administrasiyasını müharibəni uzatmağın qlobal iqtisadiyyatı çökdürə biləcəyini anlamağa vadar etdi. Və qalib tərəfin adətən etmədiyi bir şey baş verdi: İsveçrədə imzalanan sənədlərlə ABŞ İranın dondurulmuş 24 milyard dollarını geri qaytarmağa, sanksiyaları yumşaltmağa, regiondaki hərbi gəmilərini geri çəkməyə razı oldu.
Qərbli şərhçilər bunu hətta "Amerika üçün alçaldıcı bir məğlubiyyət" adlandırdı, dünyanın ən böyük ordusu dörd ay ərzində sanksiyalar altında əzilən bir ölkəni diz çökdürə bilmədi, sonda onunla masaya oturub şərtlərini qəbul etdi. İran üçün isə dağıntılara, itkilərə baxmayaraq, sadəcə "sağ qalmaq" və rejimi qoruyub saxlamaq özlüyündə böyük bir strateji uğur sayıldı.
Əziz Əlibəyli
Politoloq
19:29 / 12 İyul 2026
22
14:21 / 12 İyul 2026
154
13:36 / 12 İyul 2026
1081
13:31 / 12 İyul 2026
98
13:28 / 12 İyul 2026
77
13:27 / 12 İyul 2026
74
13:25 / 12 İyul 2026
75
13:12 / 12 İyul 2026
512
13:02 / 12 İyul 2026
555
00:51 / 12 İyul 2026
216
00:26 / 12 İyul 2026
389
22:18 / 11 İyul 2026
111
22:14 / 11 İyul 2026
239
21:52 / 11 İyul 2026
199
21:33 / 11 İyul 2026
194
20:35 / 11 İyul 2026
205
20:31 / 11 İyul 2026
214
20:15 / 11 İyul 2026
204
19:54 / 11 İyul 2026
198
19:15 / 11 İyul 2026
150
18:31 / 11 İyul 2026
164
13:50 / 11 İyul 2026
196
13:36 / 11 İyul 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.