Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
287
11.09.2026, 21:38
Özbəkistanda vətəndaşların evlərində quraşdırdıqları günəş panellərindən əldə olunan artıq elektrik enerjisini dövlətə satması üçün geniş imkanlar yaradılıb. Bu mütərəqqi model həm alternativ və yaşıl enerjinin inkişafına, həm də əhalinin əlavə gəlir əldə etməsinə əlverişli şərait formalaşdırır. Mütəxəssislər hesab edirlər ki, oxşar təşəbbüslərin digər ölkələrdə dəstəklənməsi ekoloji baxımdan böyük əhəmiyyət daşıyır. Maraqlıdır ki, təcrübənin qısa müddətdə uğur qazanması digər dövlətlərin də diqqətini cəlb edib. Bəs görəsən, vətəndaşların istehsal etdiyi enerjini dövlətə satması sistemi Azərbaycanda da tətbiq oluna bilərmi?
Məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert Sadiq Həsənov Oxu24.com-a açıqlama verib:
"Özbəkistanda yaşıl enerjiyə keçid sürətlə və uğurla həyata keçirilir. Orada 'Green House' və 'Solar House' layihələri icra olunur ki, bu da insanlara günəş panelləri quraşdırmağa böyük güzəştlərlə kömək edir. Nəticədə vətəndaşlar sürətlə bu sistemlərə qoşulur və 2.4 giqavata qədər artıq elektrik enerjisi istehsal edə bilirlər. Bu proses Avropa ölkələrində də uğurla tətbiq olunur, vətəndaşlar həm ehtiyacını qarşılayır, həm də pul qazanır”.
Ekspert qeyd edib ki, Azərbaycanda əhalinin evlərinə günəş panelləri quraşdırılması və onun dövlətə satılması ilə bağlı hələ ki kütləvi layihələr həyata keçirilmir:
"Ümumiyyətlə, Azərbaycanda əhali tərəfindən yaşıl enerjinin – günəş panellərinin quraşdırılması ilə bağlı belə bir layihə kütləvi şəkildə həyata keçirilmir, bəzi şirkətlər özləri buna cəhd edib quraşdırıblar. Özbəkistandakı kimi geniş əhali kütləsinin buna cəlb olunması hökumət üçün prioritet deyil, çünki hökumət özü kifayət qədər enerji istehsal edir və onu təchizatçılara satmaq imkanına malikdir. Bizdə iqtisadi maraqlar Özbəkistandakı səviyyədə sistemli şəkildə təşviq olunmur. Özbəkistan enerji idxal etdiyinə görə bu proses onun üçün prioritetdir və həm əhali pul qazanır, həm də hökumət asılılığı azaldır”.
Sadiq Həsənov əlavə edib ki, ölkəmizdə də yaşıl enerjiyə keçidlə bağlı müəyyən dövlət layihələri mövcuddur, lakin bunlar əsasən mərkəzləşdirilmiş şəkildə icra olunur:
"Təəssüf ki, Azərbaycanda yaşıl enerjiyə keçidlə bağlı plan var, ancaq bu, hökumət səviyyəsində həyata keçirilən layihələrdir. Qobustanda, Abşeronda, Neftçalada böyük layihələr icra edilir və dövlət istəyir ki, elektrik enerjisi istehsalının 30 faizi yaşıl enerjinin payına düşsün. Lakin əhalinin Özbəkistandakı kimi bu prosesə qoşulması, onlara güzəştlərin tətbiq edilməsi hələ ki bizim üçün prioritet sayılmır”.
Çimnaz Telmanqızı
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.