Rəis qəfil VƏFAT ETDİ
11 Noyabr 2026, 09:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
305
11.09.2026, 21:43
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara baxış keçirilib.
Oxu24.com xəbər verir ki, səfər proqramına uyğun olaraq diplomatik korpusun nümayəndələri əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar.
İştirakçılara kompleksdə görülən işlər barədə məlumat verilib.
Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Burada Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev səfər iştirakçılarını salamlayıb. Diplomatik korpusun nümayəndələri "Zəfər" parkını ziyarət edib, Zəfər tağı qarşısında xatirə şəkli çəkdiriblər. Səfər çərçivəsində Qarabağ Universiteti ilə də tanışlıq olub. Universitetdə yaradılan şərait və onun fəaliyyəti barədə səfər iştirakçılarına məlumat verilib.
Daha sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində fəaliyyət göstərən "AzCotton" MMC-nin tikiş fabrikini ziyarət edib, müəssisənin fəaliyyəti ilə tanış olublar. Səfər Şuşa şəhərində davam edib. Diplomatik korpusun nümayəndələrinə şəhərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.
Diplomatlar Yeni Şuşa məscidinin tikintisinə baxış keçiriblər. Daha sonra Cıdır düzü, Qarabağ küçəsi və Şuşa mərkəzi meydanı, həmçinin "Sadıqcanın evi" və Yuxarı Gövhər ağa məscidi ziyarət edilib. Şuşa mərkəzi meydanında yerləşən güllələnmiş büstlərə də baxış keçirilib. Diplomatlar Şuşa Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar.
Ardınca Şuşa qala divarlarına səfər edilib, qala divarları qarşısında xatirə şəkli çəkilib. Diplomatik korpusun nümayəndələri birinci yaşayış məhəlləsində yaradılmış şəraitlə tanış olublar və Şuşa sakinləri ilə görüşüblər. Səfər iştirakçıları Meksika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə Şuşada təşkil olunmuş rəsmi qəbulda iştirak ediblər.
Səfər sentyabrın 12-də davam etdiriləcək.
09:37 / 11 Noyabr 2026
1
09:35 / 11 Noyabr 2026
15
09:29 / 11 Noyabr 2026
47
09:25 / 11 Noyabr 2026
46
09:24 / 11 Noyabr 2026
51
09:22 / 11 Noyabr 2026
62
09:20 / 11 Noyabr 2026
55
08:58 / 11 Noyabr 2026
99
08:53 / 11 Noyabr 2026
191
01:50 / 11 Noyabr 2026
345
01:00 / 11 Noyabr 2026
196
00:31 / 11 Noyabr 2026
277
23:59 / 10 Noyabr 2026
238
23:57 / 10 Noyabr 2026
287
23:55 / 10 Noyabr 2026
815
23:53 / 10 Noyabr 2026
299
23:47 / 10 Noyabr 2026
1521
23:43 / 10 Noyabr 2026
266
23:39 / 10 Noyabr 2026
222
23:28 / 10 Noyabr 2026
437
23:27 / 10 Noyabr 2026
1143
23:17 / 10 Noyabr 2026
1755
23:15 / 10 Noyabr 2026
224
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.