Qaynar xətt:

(+99450) 247 90 86

Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi müəyyənləşib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi müəyyənləşib

CƏMİYYƏT

84

07.05.2026, 19:39

Dövlət qurumlarının əməkdaşları arasında keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin qalibi və üçüncü yerin sahibi müəyyənləşib.

Oxu24.com  xəbər verir ki, üçüncü yer uğrunda keçirilən matçda Ədliyyə kollektivi Baş Prokurorluq komandasını 2:1 hesabı ilə məğlub edib.

Final görüşündə isə SOCAR Azərişıq komandasına 5:0 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb.

Qarşılaşmalar Bakı Tennis Akademiyasında keçirilib.Report