Azərbaycan əhalisinin gəlirləri 10 % artıb
12 Noyabr 2026, 00:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1489
07.05.2026, 17:14
“Müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi Qaydası” təsdiq edilib.
Oxu24.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Yeni Qaydanın təsdiqiylə əlaqədar “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 214 nömrəli Qərarı ləğv edilib.
Yeni Qaydaya əsasən, monitorinq “Qaz təchizatı haqqında” qanunda nəzərdə tutulmuş müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilmiş məlumatlar əsasında texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Tənzimləyici tərəfindən keçirilir.
Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərinə uyğun həyata keçirilir.
Monitorinqin məqsədi monitorinq subyektləri tərəfindən Qanunun tələblərinə əməl olunmasına müəyyən edilmiş dövriliklə həyata keçirilməsini, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.
Monitorinq subyektləri aşağıdakılardır:
- qazpaylayıcı sistem operatoru;
- yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri, ixtisaslaşmış istehlak kooperativləri, binanı idarə edən hüquqi şəxslər və fərdi sahibkarlar (idarəedici təşkilatlar), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçiləri (istifadəçiləri);
- balansında dövlət mənzil fonduna aid binaları olan dövlət orqanları (qurumları);
- ixtisaslaşmış podratçılar;
- istehlakçılar.
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.