Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub
28 Sentyabr 2026, 17:09
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
792
07.05.2026, 18:49
Magistraturaya qəbul üzrə ikinci cəhd imtahanı may ayının 17-də keçiriləcək. Bakalavrlar arasında ən çox maraq doğuran məsələlərdən biri də ixtisaslar üzrə keçid ballarının necə dəyişəcəyidir. Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün ümumilikdə 23078 bakalavr qeydiyyatdan keçib.
Bu il magistratura üzrə hansı ixtisaslarda keçid ballarının artacağı, hansılarda isə azalacağı gözlənilir?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, bu il magistraturaya qəbul müsabiqəsi həm gərgin, həm də rəqabətli olacaq:
"Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may tarixində magistraturaya ikinci cəhd imtahanı keçiriləcək və burada 23 mindən çox bakalavrın iştirakı gözlənilir. Bu göstərici son illərdə qeydə alınan ən yüksək rəqəm hesab olunur. Ötən illə müqayisədə müsabiqəyə təxminən 3000-dən çox bakalavrın daha artıq qatılması müşahidə edilir. Ümumilikdə həm birinci, həm də ikinci cəhd üzrə magistraturaya sənəd verənlərin sayında əvvəlki illərlə müqayisədə ciddi artım qeydə alınıb. Bu isə cari ildə magistratura qəbul müsabiqəsinin daha gərgin və yüksək rəqabətli keçəcəyindən xəbər verir".
Əsas rəqabətin 45-70 bal aralığında formalaşacağı gözlənilir və bu, xüsusilə MBA proqramları üzrə keçid ballarında artıma səbəb ola bilər:
“Nəticələr baxımından isə birinci cəhddə iştirak edən bakalavrların bir qismi ikinci cəhdə də qatılır və onların təxminən 3 aylıq hazırlıq dövrü olur. Bu müddət ərzində iştirakçılar əvvəlki imtahanda yol verdikləri səhvləri aradan qaldırmağa çalışırlar. Düşünürəm ki, bu amil ikinci cəhddə nəticələrin bir qədər də yaxşılaşmasına gətirib çıxara bilər. Eyni zamanda həmin dəyişiklik ümumi ixtisaslar üzrə formalaşan keçid ballarına da təsirsiz ötüşməyəcək.
Ümumi gözləntim ondan ibarətdir ki, əsas sıxlıq 45-70 bal aralığında olacaq. Daha doğrusu, imtahan verən bakalavr kontingentinin böyük hissəsi bu bal intervalında cəmləşəcək. Bu isə həmin bal aralığında ötən illərdə formalaşmış ixtisasların keçid ballarında artım istiqamətində dəyişikliklərə səbəb ola bilər.
Xüsusilə MBA proqramı ixtisaslarında və digər bəzi proqramlarda ötən illərlə müqayisədə ballarda müəyyən artım müşahidə oluna bilər. 70 baldan yuxarı nəticə göstərən bakalavrlar isə daha şanslıdırlar. Çünki onların real qəbul şansı digər bakalavrlarla müqayisədə daha yüksək olacaq.
Bakalavrlar seçim zamanı, təbii ki, daha çox əmək bazarında tələbat olan ixtisasları nəzərə almalıdırlar. Əgər məqsədləri öz ixtisaslarını davam etdirmək və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaqdırsa, mütləq hansı universitetdə həmin sahə üzrə daha keyfiyyətli təhsil verildiyinə diqqət yetirməlidirlər. Bu amillər düzgün qiymətləndirildiyi halda, onların daha uğurlu nəticə əldə etməsinə ciddi şəkildə töhfə verə bilər".
13:45 / 29 Sentyabr 2026
23
13:40 / 29 Sentyabr 2026
30
13:36 / 29 Sentyabr 2026
28
13:25 / 29 Sentyabr 2026
137
13:24 / 29 Sentyabr 2026
46
13:22 / 29 Sentyabr 2026
32
13:18 / 29 Sentyabr 2026
51
13:10 / 29 Sentyabr 2026
45
13:04 / 29 Sentyabr 2026
170
12:52 / 29 Sentyabr 2026
64
12:48 / 29 Sentyabr 2026
105
12:42 / 29 Sentyabr 2026
67
12:35 / 29 Sentyabr 2026
52
12:29 / 29 Sentyabr 2026
56
12:23 / 29 Sentyabr 2026
52
12:17 / 29 Sentyabr 2026
135
12:14 / 29 Sentyabr 2026
418
12:10 / 29 Sentyabr 2026
91
12:08 / 29 Sentyabr 2026
132
12:05 / 29 Sentyabr 2026
53
11:55 / 29 Sentyabr 2026
51
11:53 / 29 Sentyabr 2026
54
11:41 / 29 Sentyabr 2026
544
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.