Alimentlə bağlı çoxlarının bilmədiyi FAKT
11 Noyabr 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1201
07.05.2026, 17:36
Müasir hüquq sistemində ekspertiza mühüm sübutetmə vasitələrindən biri hesab olunur. Cinayət, mülki, inzibati və digər hüquqi işlər üzrə xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspert rəyi böyük əhəmiyyət daşıyır. Lakin təcrübədə bəzi hallarda ilkin ekspertiza nəticələri tam, obyektiv və əsaslandırılmış hesab edilmir.
Bəs belə vəziyyətlərdə qanunvericilik hansı imkanları tanıyır?
Oxu24.com-un suallarını cavablandıran vəkil Elvin Əliyev təkrar ekspertizanın hüquqi incəliklərini izah edib.
Vəkil bildirib ki, təkrar ekspertiza hüquqi ədalətin təmin olunmasına və iş üzrə düzgün qərarın qəbul edilməsinə xidmət edən xüsusi bir instansiyadır:
"Təkrar ekspertiza — əvvəl keçirilmiş ekspertizanın nəticələrinin düzgünlüyünə şübhə yarandıqda və ya ekspert rəyinin kifayət qədər əsaslandırılmadığı müəyyən edildikdə təyin olunan yeni ekspertiza növüdür. Bu ekspertiza əvvəlki ekspertiza ilə eyni məsələləri əhatə etsə də, tamamilə başqa ekspert və ya ekspertlər qrupu tərəfindən həyata keçirilir. Burda əsas məqsəd əvvəlki rəyin doğruluğunu yoxlamaqdır",– deyə E.Əliyev vurğulayıb.
Hansı hallarda təkrar ekspertiza təyin edilə bilər?
Vəkilin sözlərinə görə, təkrar ekspertizanın keçirilməsi üçün ciddi hüquqi və praktiki əsaslar olmalıdır:
-Ekspertin gəldiyi nəticələr iş materialları ilə uyğun gəlmədikdə;
-Rəydə elmi cəhətdən sübuta yetirilməmiş və ya köhnəlmiş metodlar yer aldıqda;
-Ekspert rəyi aydın olmadıqda və ya ekspertin peşəkarlığı şübhə doğurduqda.
Prosedur necə həyata keçirilir?
Elvin Əliyev qeyd edib ki, təkrar ekspertizanın keçirilməsi ciddi prosessual qaydalara tabedir:
“İlk olaraq müvafiq orqan (məhkəmə, müstəntiq və ya təhqiqatçı) tərəfindən əsaslandırılmış qərar və ya qərardad qəbul edilir. Sənəddə ekspertiza təyin edilməsinin səbəbləri, ekspert qarşısında qoyulan suallar və araşdırılacaq materiallar göstərilir. Obyektivliyin təmin olunması üçün təkrar ekspertiza əvvəlki rəyi vermiş ekspert tərəfindən aparıla bilməz”.
Vəkil vətəndaşların tez-tez səhv saldığı bir məqama da toxunub:
"Təkrar ekspertizanı əlavə ekspertizadan fərqləndirmək vacibdir. Əlavə ekspertiza ilkin rəy yalnız natamam olduqda və ya yeni suallar yarandıqda keçirilir və eyni ekspert tərəfindən aparıla bilər. Lakin təkrar ekspertiza birbaşa olaraq əvvəlki rəyin düzgünlüyünə şübhə yarandığı üçün təyin olunur”.
Yekun qərarı kim verir?
Vəkil bildirib ki, yeni ekspert rəyi əvvəlki nəticəni təsdiq edə və ya tamamilə fərqli nəticəyə gələ bilər. Məhkəmə isə hər iki rəyi digər sübutlarla birlikdə qiymətləndirərək yekun qərarını verir.
Nəticə etibarilə, təkrar ekspertiza hüquqi dövlət prinsiplərinin qorunması, tərəflərin hüquqlarının müdafiəsi və səhv qərarların qarşısının alınması üçün ən mühüm mexanizmlərdən biridir.
Çimnaz Telmanqızı
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.