“İgid əsgər, möhkəm dayan” mahnısı ona həsr olunubmuş -VİDEO
29 Sentyabr 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
507
07.05.2026, 17:12
Mayın 7-də Ədliyyə Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirib.
Oxu24.com xəbər verir ki, üç saat davam edən imtahanda namizədlərə 80 sual qanunvericilik və 20 sual məntiqi təfəkkür üzrə olmaqla, ümumilikdə 100 sual təqdim edilib.
Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi təfəkkür üzrə hər sual 0.5 balla qiymətləndirilib, imtahandan keçid balı isə 55 olub.
İmtahanda 119 namizəd iştirak edib. Namizədlər test imtahanını yekunlaşdırdıqda topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malik olublar.
Qeyd edək ki, uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş günü ərzində, saat 9:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə təqdim etməlidirlər.
Namizədlərin təqdim etməli olduğu sənədlərin siyahısı ilə Nazirliyin rəsmi veb-saytına keçid edərək tanış olmaq mümkündür.
Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaq. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə əvvəlcədən məlumat veriləcək.
14:00 / 29 Sentyabr 2026
24
13:58 / 29 Sentyabr 2026
25
13:45 / 29 Sentyabr 2026
100
13:40 / 29 Sentyabr 2026
38
13:36 / 29 Sentyabr 2026
36
13:25 / 29 Sentyabr 2026
166
13:24 / 29 Sentyabr 2026
84
13:22 / 29 Sentyabr 2026
60
13:18 / 29 Sentyabr 2026
54
13:10 / 29 Sentyabr 2026
46
13:04 / 29 Sentyabr 2026
183
12:52 / 29 Sentyabr 2026
72
12:48 / 29 Sentyabr 2026
108
12:42 / 29 Sentyabr 2026
68
12:35 / 29 Sentyabr 2026
53
12:29 / 29 Sentyabr 2026
56
12:23 / 29 Sentyabr 2026
52
12:17 / 29 Sentyabr 2026
141
12:14 / 29 Sentyabr 2026
432
12:10 / 29 Sentyabr 2026
96
12:08 / 29 Sentyabr 2026
139
12:05 / 29 Sentyabr 2026
54
11:55 / 29 Sentyabr 2026
51
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.