Arzum999 işi: Yenidən həbs tələbi verilə bilər?
27 İyul 2026, 14:34
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
493
07.05.2026, 17:30
Gündəlik həyatda mülki münasibətlərə daxil olarkən bağladığımız müqavilələrin hüquqi taleyi onların formasına düzgün əməl edilməsindən asılıdır. Bəzi müqavilələrin notarial qaydada təsdiqi qanunla məcburi olduğu halda, digərləri üçün bu, sadəcə tərəflərin istəyinə bağlıdır.
Bəs, hansı hallarda notarius yolu keçilməzdir? Hansı müqavilələr təsdiq olunmasa belə, hüquqi qüvvəyə malikdir?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Elnur Məmmədov vətəndaşların hüquqi risklərdən qorunması üçün mühüm məqamlara aydınlıq gətirib.
Vəkil bildirib ki, qanunvericiliyin birbaşa tələbi ilə bəzi əqdlərin notarial qaydada bağlanması məcburidir. Əgər bu qayda pozularsa, həmin müqavilə etibarsız (hüquqi qüvvəsi olmayan) hesab edilir:
“Mənzil, fərdi yaşayış evi, bağ evi və torpaq sahələrinin satışı mütləq notariusda rəsmiləşdirilməlidir.
Daşınmaz əmlakın hədiyyə edilməsi zamanı notarial təsdiq mütləqdir.
Əmlakın girov qoyulması ilə bağlı öhdəliklər dövlət qeydiyyatına alınmazdan əvvəl notarius tərəfindən təsdiqlənməlidir.
Ailə qurarkən və ya nikah dövründə tərəflərin əmlak bölgüsünü müəyyən edən müqavilə yalnız notarial formada bağlandıqda qüvvədə olur.
Məhdud Məsuliyyətli Cəmiyyətlərdə (MMC) payın satışı və ya hər hansı formada özgəninkiləşdirilməsi ilə bağlı bağlanan bütün korporativ əqdlər mütləq qaydada notarius tərəfindən təsdiq edilməlidir.
Daşınmaz əmlak üzərində qurulan bəzi xüsusi icarə münasibətləri və əmlakdan istifadə hüququnu nəzərdə tutan müqavilələr də qanunvericiliyin tələbinə əsasən notarial qaydada rəsmiləşdirilməlidir”.
Notarial Təsdiq Tələb Olunmayan (lakin mümkün olan) müqavilələr
E.Məmmədov qeyd edib ki, bir çox gündəlik müqavilələrin kağız üzərində, tərəflərin imzası ilə (sadə yazılı formada) bağlanması kifayətdir:
1. Xidmət və podrat müqavilələri;
2. Sadə alqı-satqı müqavilələri (daşınar əşyalar üzrə);
3. Borc müqavilələri.
Vəkilin sözlərinə görə, bu müqavilələr notarial qaydada təsdiq edilməsə belə, imzalandığı andan hüquqi qüvvəyə malikdir. Hətta qanun bəzi hallarda şifahi formaya da icazə verir. Məsələn, 3000 manata qədər olan borc müqavilələri və tapşırıq müqavilələri şifahi razılaşma ilə də bağlana bilər.
Niyə notarius? – Üstünlüklər nələrdir?
Məcburi olmasa belə, müqaviləni notarial qaydada rəsmiləşdirməyin böyük üstünlükləri var. Vəkil Elnur Məmmədov bu üstünlükləri belə sıralayıb:
“Notarial təsdiqin əsas üstünlüyü odur ki, gələcəkdə müqavilə şərtləri yerinə yetirilmədikdə və ya tərəflər arasında anlaşılmazlıq yarandıqda, həmin sənədi mübahisələndirmək və icra etmək qat-qat asan olur. Notarius tərəflərin iradəsinin sərbəstliyini, şəxsiyyətini və müqavilənin qanunauyğunluğunu yoxladığı üçün sənəd təkzibolunmaz sübut xarakteri daşıyır”.
Vətəndaşlara tövsiyə olunur ki, böyük məbləğli öhdəliklər və gələcəkdə risk yarada biləcək hər hansı razılaşma zamanı sadə yazılı formadan deyil, peşəkar hüquqi dəstək və notarial təsdiqdən istifadə etsinlər.
Çimnaz Telmanqızı
17:07 / 27 İyul 2026
1
17:00 / 27 İyul 2026
13
16:42 / 27 İyul 2026
49
16:21 / 27 İyul 2026
54
16:18 / 27 İyul 2026
67
16:16 / 27 İyul 2026
63
15:59 / 27 İyul 2026
73
15:45 / 27 İyul 2026
72
15:21 / 27 İyul 2026
79
15:20 / 27 İyul 2026
81
15:17 / 27 İyul 2026
67
14:59 / 27 İyul 2026
81
14:34 / 27 İyul 2026
76
14:28 / 27 İyul 2026
69
14:04 / 27 İyul 2026
94
13:59 / 27 İyul 2026
98
13:55 / 27 İyul 2026
83
13:50 / 27 İyul 2026
96
13:47 / 27 İyul 2026
71
13:40 / 27 İyul 2026
105
13:30 / 27 İyul 2026
98
13:15 / 27 İyul 2026
93
12:59 / 27 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.