Bu ölkə Azərbaycanda səfirlik açacaq
12 Noyabr 2026, 03:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
830
21.04.2026, 22:24
Avropa İttifaqı (Aİ) nümayəndələri Azərbaycanla münasibətlərin inkişafı üzrə gələcək addımları müzakirə edərək minatəmizləmə sahəsində ölkəyə dəstəyin genişləndirilməsi ehtimalını istisna etməyiblər.
Oxu24.com xəbər verir ki, bu barədə “Report”un Avropa bürosuna Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Lüksemburqda Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
“Bəli, biz Azərbaycanla münasibətlər kontekstində daha nələr edə biləcəyimizi müzakirə etdik. Bir sıra istiqamətlər üzrə daha fəal işləməli, energetika və ticarət kimi qarşılıqlı maraq doğuran məsələlərdə əlaqələri gücləndirməliyik. Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşı olub və belə də qalır”, – o bildirib.
Bakının Qarabağda minatəmizləmə üzrə beynəlxalq yardımı genişləndirmək çağırışını şərh edən Kallas qeyd edib ki, Aİ artıq bu cür missiyalarda iştirak edir və bu sahədə ölkəyə dəstək olmaq üçün əlavə səylər göstərmək imkanını istisna etmir.
“Bu sorğudan çıxış edərək biz daha nələr edə biləcəyimizi araşdıracağıq, lakin konkret olaraq bu məsələ bugünkü görüşdə müzakirə olunmayıb”, – o qeyd edib.
Mətbuat konfransının əvvəlində Kallas vurğulayıb ki, Aİ Cənubi Qafqaza strateji əhəmiyyətli region kimi baxır. Onun sözlərinə görə, Avropa sabit və təhlükəsiz Cənubi Qafqazda maraqlıdır, Ermənistan-Azərbaycan sülh prosesindəki irəliləyiş isə bütün region üçün real imkan təşkil edir.
Kallas həmçinin Azərbaycanın energetika və qarşılıqlı əlaqələrdə tərəfdaş kimi mühüm rolunu qeyd edərək Aİ-nin əməkdaşlığı dərinləşdirmək və yaxın vaxtlarda yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etmək niyyətində olduğunu vurğulayıb.
O həmçinin bildirib ki, Aİ sülh prosesinə dəstəyi gücləndirir və Ermənistanda ölkənin dayanıqlığının, o cümlədən dezinformasiya və kiberhücumlara qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş yeni mülki missiyanın yaradılmasını razılaşdırıb. Eyni zamanda, Aİ İrəvanla tərəfdaşlığı dərinləşdirməyə ümid edir.
08:13 / 12 Noyabr 2026
1
07:20 / 12 Noyabr 2026
78
03:10 / 12 Noyabr 2026
132
01:25 / 12 Noyabr 2026
211
00:55 / 12 Noyabr 2026
165
00:43 / 12 Noyabr 2026
145
00:35 / 12 Noyabr 2026
374
00:33 / 12 Noyabr 2026
135
00:27 / 12 Noyabr 2026
148
00:24 / 12 Noyabr 2026
177
00:19 / 12 Noyabr 2026
175
00:17 / 12 Noyabr 2026
296
00:11 / 12 Noyabr 2026
170
23:54 / 11 Noyabr 2026
149
23:52 / 11 Noyabr 2026
147
23:50 / 11 Noyabr 2026
174
23:45 / 11 Noyabr 2026
1605
23:28 / 11 Noyabr 2026
139
23:24 / 11 Noyabr 2026
151
23:18 / 11 Noyabr 2026
166
23:09 / 11 Noyabr 2026
156
23:03 / 11 Noyabr 2026
147
23:01 / 11 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.