Qaynar xətt:

(+99450) 247 90 86

Putin Ərdoğanla danışdı 

Putin Ərdoğanla danışdı 

SİYASƏT

136

03.04.2026, 19:10

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Oxu24.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Kreml mətbuat xidməti yayıb.

Məlumata görə, dövlət başçıları son dövrlər gərginliyin pik həddə çatdığı Yaxın Şərqdəki mövcud vəziyyəti ətraflı müzakirə ediblər.

Liderlər Yaxın Şərqdəki qeyri-sabitlikdən narahatlıqlarını ifadə edərək, regionda tezliklə atəşkəsin əldə olunmasının zəruriliyini vurğulayıblar.

Görüş zamanı Rusiya-Türkiyə münasibətlərinin həm siyasi, həm də ticarət-iqtisadi sahələrdə genişləndirilməsi perspektivləri də nəzərdən keçirilib. Ukrayna ətrafındakı vəziyyət müzakirə olunarkən Putin danışıqlar prosesinə verdiyi davamlı vasitəçilik dəstəyinə görə Ərdoğana təşəkkürünü bildirib.

Bundan əlavə, aprelin 3-də Rusiya tərəfi Ukraynanın “Türk axını” qaz kəmərinə hücumu cəhdləri ilə bağlı rəsmi mövqeyini Türkiyəyə çatdırıb. Səfirliyin məlumatına görə, Moskvanın bu məsələdəki qətiyyətli mövqeyi Türkiyə tərəfindən anlayışla qarşılanıb. Rusiya Ukrayna Silahlı Qüvvələrinin strateji qaz kəmərlərinə yönəlmiş hücumlarını kəskin pisləyib.