Əhaliyə küləklə bağlı XƏBƏRDARLIQ
30 Sentyabr 2026, 19:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
766
03.04.2026, 16:10
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı istintaq işi davam edir.
2025-ci ilin 14 oktyabrında Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193–1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri üzrə cinayət işi açılıb və Bakı şəhəri Səbail rayon məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. 2026-cı ilin 10 fevralında ev dustaqlığı qətimkan tədbiri daha 4 ay uzadılıb.
Oxu24.com Modern.az saytı istintaq prosesinin uzadılmasını zəruri edən amilləri, eləcə də prosesin yekunlaşacağı tarixi araşdırıb.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, hüquqşünas Əliməmməd Nuriyev saytımıza açıqlamasında bildirib ki, istintaq müddətinin uzadılması irəli sürülən ittihamların xüsusilə ağır cinayətləri ehtiva etməsi ilə əlaqədardır:
“Ramiz Mehdiyev işi çoxepizodlu və mürəkkəbdir. Sübutların toplanması, şahidlərin dindirilməsi, müvafiq istintaq hərəkətələrinin aparılması zaman tələb edir. Zaman-zaman da cinayət işi ilə əlaqədar yeni-yeni hallar meydana çıxır. Həmin halların dəlillərlə sübuta yetirilməsi üçün müddətlər lazımdır. Ona görə də, müddətin uzadılmasının səbəbi bununla bağlıdır. Qanunvericiliklə bu, qadağan edilmir. Ramiz Mehdiyev dövlət çevirilişinə cəhd, hakimiyyətin zorla ələ keçirilməsi kimi xüsusilə ağır cinayətlərlə ittiham olunur. Belə hərəkətlər bir şəxslə tamamlanmır, çox güman ki, cinayətdə xeyli şəxslər iştirak edir. Eyni zamanda, dövlətə xəyanət kimi cinayətlərdə xarici elementlər də olur. Sübutların müəyyən edilib araşdırılması böyük zəhmət tələb edir. Buna görə də istintaq prosesinin uzadılması qanunvericiliyə əsasən normal prosedurdur”.
Ə.Nuriyev qeyd edib ki, istintaq müddəti ümumilikdə 1 il 6 ay müddətində aparıla bilər:
“Cinayət Prossesul Məcəlləsinə görə, istintaq müddəti 12 aya qədər uzadıla bilər. Lakin eyni zamanda ağır, çox mürəkkəb və çoxepizodlu cinayətlərə görə istintaq müddətini daha 6 ayadək uzatmaq mümkündür”.
Hüquqşünas deyib ki, hökm oxunarkən yaş meyarı nəzərə alınmır:
“Xüsusilə ağır cinayətlərə görə məhkəmə tərəfindən ömürlük azadlıqdan məhrum etmə hökmü də verilə bilər. Lakin şəxs 65 yaşdan yuxarıdırsa, bir qayda olaraq ona ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilmir.
Digər tərəfdən, sağlamlıq vəziyyəti ilə bağlı cəzanın təxirə salınması kimi hüquqi institut mövcuddur. Bu məsələnin qiymətləndirilməsi kompleks xarakter daşıyır. Məhkəmə qərar verərkən həm cəzanın növünü müəyyənləşdirir, həm də onun təxirə salınması ilə bağlı ümumi vəziyyəti hərtərəfli dəyərləndirir.
Şəxsin yaşı onun azadlıqdan məhrum edilməsinə mane olmur. Məhkəmə hökm çıxararkən bir sıra amilləri nəzərə alır. Əgər şəxsin sağalmaz və ağır xəstəliyi varsa, cəzanın icrası təxirə salına bilər. Lakin yalnız yaş meyarına əsaslanaraq azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
Hazırda cəzaçəkmə müəssisələrində 70-75 yaş aralığında kifayət qədər məhkum var. Cəzadan azad etmə üçün qanunvericilikdə müəyyən mexanizmlər mövcuddur və bu əsasların olub-olmamasını məhkəmə müəyyən edir. Bu səbəbdən əvvəlcədən konkret qiymətləndirmə aparmaq düzgün olmazdı.
İstintaq peşəkar müstəntiqlər tərəfindən aparılır və ümumilikdə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən nəzarətdə saxlanılır. Bu baxımdan hesab edirəm ki, istintaq hərəkətləri yüksək səviyyədə həyata keçiriləcək və prosesin peşəkarlığına hər hansı şübhə yoxdur”.
19:26 / 30 Sentyabr 2026
1
19:23 / 30 Sentyabr 2026
4
19:21 / 30 Sentyabr 2026
13
19:15 / 30 Sentyabr 2026
21
19:12 / 30 Sentyabr 2026
21
19:01 / 30 Sentyabr 2026
47
18:53 / 30 Sentyabr 2026
49
18:45 / 30 Sentyabr 2026
60
18:29 / 30 Sentyabr 2026
51
18:14 / 30 Sentyabr 2026
75
18:06 / 30 Sentyabr 2026
61
17:49 / 30 Sentyabr 2026
67
17:29 / 30 Sentyabr 2026
84
17:15 / 30 Sentyabr 2026
76
17:06 / 30 Sentyabr 2026
82
17:04 / 30 Sentyabr 2026
1090
17:02 / 30 Sentyabr 2026
162
16:40 / 30 Sentyabr 2026
931
16:20 / 30 Sentyabr 2026
66
16:13 / 30 Sentyabr 2026
71
15:55 / 30 Sentyabr 2026
72
15:46 / 30 Sentyabr 2026
66
15:35 / 30 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.