Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
12 Noyabr 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
925
03.04.2026, 20:34
İranın keçmiş xarici işlər Məhəmməd Cavad Zərif Tehranı ABŞ və İsraillə münaqişədə yanaşmalarını yenidən nəzərdən keçirməyə çağırıb.
Oxu24.com “Teleqraf.az”a istinadən xəbər verir ki, bu barədə o, Amerikanın “Foreign Affairs” nəşri”də dərc olunmuş məqaləsində bildirib.
Diplomat İran hakimiyyətini qələbə elan etməyə və mövcud münaqişəyə son qoyacaq və növbəti münaqişənin qarşısını alacaq razılaşma imzalamağa çağırıb.
Zərifin iddiasına görə, İran hazırda qələbə elan edə və eskalasiyanın qarşısını alacaq və ölkənin təhlükəsizliyini təmin edəcək diplomatik razılaşmaya gələ biləcəyi nöqtədədir.
Keçmiş xarici işlər nazirinin təklif etdiyi plan Tehranın ölkənin resurslarını tükəndirən “əbədi müharibə tələsi”ndən qaçması ideyasına əsaslanır.
O, Tehranın “strateji nailiyyətlər”indən Vaşinqtonla yeni tipli münasibətlər qurmaq üçün təsir vasitəsi kimi istifadə etməsini təklif edir. Zərifin fikrincə, bu, yalnız mövcud münaqişəyə son qoymağa deyil, həm də İrana gələcək hücumların qarşısını alacaq zəmanətlər yaratmağa imkan verəcək.
Diplomat vurğulayıb ki, əsl qələbə düşmənin tamamilə məhv edilməsi deyil, İranın maraqlarının tanındığı və qorunduğu sabit regional nizamın yaradılmasıdır.
Cavad Zərif onu da əlavə edib ki, müharibə İranın milli maraqlarına uyğun şərtlərlə başa çatmalıdır.
18:16 / 12 Noyabr 2026
6
18:15 / 12 Noyabr 2026
35
18:07 / 12 Noyabr 2026
43
17:53 / 12 Noyabr 2026
63
17:19 / 12 Noyabr 2026
67
16:25 / 12 Noyabr 2026
84
16:21 / 12 Noyabr 2026
108
15:55 / 12 Noyabr 2026
100
15:36 / 12 Noyabr 2026
483
15:15 / 12 Noyabr 2026
176
15:12 / 12 Noyabr 2026
97
14:15 / 12 Noyabr 2026
185
14:04 / 12 Noyabr 2026
481
13:59 / 12 Noyabr 2026
380
13:55 / 12 Noyabr 2026
127
13:45 / 12 Noyabr 2026
249
13:36 / 12 Noyabr 2026
356
13:29 / 12 Noyabr 2026
147
13:21 / 12 Noyabr 2026
166
13:20 / 12 Noyabr 2026
190
13:18 / 12 Noyabr 2026
620
13:16 / 12 Noyabr 2026
190
13:07 / 12 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.