Məhkəmə qəzada atasının ölümünə səbəb olan sürücü ilə bağlı qərar verib
12 Noyabr 2026, 13:04
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
842
03.04.2026, 16:51
Hüquqşünas Zaur Quliyev: “Evlilik dövründə əldə olunan əmlak uşağın adına keçirilə bilər”.
Son dövrlərdə boşanma prosesləri zamanı əmlak bölgüsü ilə bağlı müraciətlərin artdığını bildirən hüquqşünas Zaur Quliyev bu mövzuda mühüm hüquqi məqamları Oxu24.com-a açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, nikah dövründə əldə olunan əmlak ümumi birgə mülkiyyət hesab olunur və boşanma zamanı bölgü qaydaları məhkəmə və ya tərəflərin razılığı əsasında müəyyən edilir.
Zaur Quliyev qeyd edib ki, tərəflər qarşılıqlı razılıq əldə etdikləri halda, əmlakın azyaşlı uşağın adına rəsmiləşdirilməsi hüquqi baxımdan mümkündür:
“Azərbaycan qanunvericiliyi azyaşlı uşağa da hüquq subyekti kimi yanaşır. Valideynlərin hər ikisinin razılığı olduğu halda, notariat qaydasında və ya mediasiya prosesi çərçivəsində razılaşma sənədi imzalanaraq əmlak uşağın adına keçirilə bilər.”
Hüquqşünas əlavə edib ki, bu cür hallarda əsas şərt valideynlərin ortaq razılığı və əməliyyatın qanuni qaydada rəsmiləşdirilməsidir.
Qeyd edək ki, əmlakın uşağın adına keçirilməsi gələcəkdə mülkiyyət hüququnun qorunması baxımından hüquqi mexanizm kimi istifadə oluna bilər, lakin hər bir konkret halda prosedur qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmalıdır.
Hazırladı: Turan
18:26 / 12 Noyabr 2026
16
18:16 / 12 Noyabr 2026
28
18:15 / 12 Noyabr 2026
44
18:07 / 12 Noyabr 2026
49
17:53 / 12 Noyabr 2026
65
17:19 / 12 Noyabr 2026
70
16:25 / 12 Noyabr 2026
86
16:21 / 12 Noyabr 2026
113
15:55 / 12 Noyabr 2026
101
15:36 / 12 Noyabr 2026
491
15:15 / 12 Noyabr 2026
177
15:12 / 12 Noyabr 2026
100
14:15 / 12 Noyabr 2026
186
14:04 / 12 Noyabr 2026
486
13:59 / 12 Noyabr 2026
384
13:55 / 12 Noyabr 2026
128
13:45 / 12 Noyabr 2026
250
13:36 / 12 Noyabr 2026
359
13:29 / 12 Noyabr 2026
148
13:21 / 12 Noyabr 2026
167
13:20 / 12 Noyabr 2026
191
13:18 / 12 Noyabr 2026
624
13:16 / 12 Noyabr 2026
191
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.