Prezidentin təltif etdiyi Xaliq Abdullazadə KİMDİR?
24 İyun 2026, 01:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
526
03.04.2026, 17:09
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart - Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü qeyd olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, bu əlamətdar tarixlə əlaqədar DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın da xatirəsi anılıb.
Sonra DTX-nin şəxsi heyəti tərəfindən Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olanların və Azərbaycanın Milli Qəhrəmanları olan təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarları ziyarət edilib, “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoyulub.
DTX-nin əməkdaşları və veteranlarının iştirakı ilə Xidmətin akt zalında keçirilmiş tədbirdə şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra Xidmət rəisi Əli Nağıyev çıxış edərək, təhlükəsizlik orqanlarının yaranma tarixi və təşəkkülü prosesindən, Ulu Öndərin həm bu təsisatda rəhbər vəzifələrdə çalışdığı zamanlarda, həm də müstəqillik qazanıldıqdan sonra təhlükəsizlik təşkilatının inkişafı üçün göstərdiyi misilsiz və əvəzsiz xidmətlərdən, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında və birbaşa dəstəyi ilə Azərbaycanın müasir çağırışlara adekvat cavab verə bilən xüsusi xidmət orqanlarının formalaşmasından ətraflı söhbət açmış, təhlükəsizliyin etibarlı təmin olunması üçün bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər olunacağını demişdir.
Dünyanın bir çox yerlərində hərbi qarşıdurmaların, mürəkkəb geosiyasi vəziyyətin və iqtisadi təlatümlərin mövcudluğunun regionda əməliyyat şəraitinə ciddi təsir etdiyini vurğulayan general-polkovnik Əli Nağıyev ötən dövrdə xarici xüsusi xidmət orqanlarının və digər qüvvələrin ölkəmiz əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində DTX-nin gördüyü işlərdən və əldə olunmuş uğurlu nəticələrdən də danışmışdır. Xidmət rəisi həmçinin DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində ötən zaman ərzində qarşısı alınmış dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğa hazırlıq, terrorçuluğu maliyyələşdirmə, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qrup yaratma, hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, dövlət və ictimai xadimin həyatına sui-qəsd etmə və sair cinayət faktları barədə geniş məlumat vermişdir.
Daha sonra digər çıxış edənlər bu orqanların keçdiyi tarixi yoldan, Ulu Öndər Heydər Əliyevin xüsusi xidmət orqanlarımızın milliləşdirilməsi yönündə atdığı qətiyyətli və cəsarətli addımlardan, dahi rəhbərin təhlükəsizlik təşkilatındakı fəaliyyəti ilə bu orqanlarda peşəkarlıq məktəbinin əsasının qoyulmasından və bu məktəbin davamçıları olan DTX-nin əməkdaşlarının öz fəaliyyətlərini müasir zamanın tələblərinə uyğun şəkildə qurmasından bəhs etmişlər.
Çıxışlar bitdikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görülmüş DTX-nin əməkdaşlarının təltif edilməsi mərasimi keçirilmişdir.
Tədbir DTX-nin və “AnewZ” televiziya kanalının birgə layihəsi olan “Yolun yarısında” sənədli filminin nümayişi ilə başa çatmışdır.
01:10 / 24 İyun 2026
44
00:59 / 24 İyun 2026
49
00:32 / 24 İyun 2026
295
00:05 / 24 İyun 2026
122
23:43 / 23 İyun 2026
1090
23:38 / 23 İyun 2026
76
23:27 / 23 İyun 2026
227
23:17 / 23 İyun 2026
182
22:53 / 23 İyun 2026
351
22:29 / 23 İyun 2026
89
22:20 / 23 İyun 2026
96
22:08 / 23 İyun 2026
90
21:57 / 23 İyun 2026
80
21:41 / 23 İyun 2026
94
21:34 / 23 İyun 2026
90
21:18 / 23 İyun 2026
97
20:06 / 23 İyun 2026
330
20:05 / 23 İyun 2026
92
20:02 / 23 İyun 2026
101
19:52 / 23 İyun 2026
121
19:34 / 23 İyun 2026
109
19:30 / 23 İyun 2026
93
19:27 / 23 İyun 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.