Təmayüllü məktəblər repetitorluğu sıradan çıxara biləcəkmi? - Foto
12 Noyabr 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
749
03.04.2026, 16:34
İran Hörmüz boğazında rüsum tələb edir – Dünya İrana qarşı birləşdi!
Hörmüz boğazında vəziyyətə həsr olunmuş təhlükəsizlik konfransının iştirakçıları İranın bu boğazdan keçid üçün rüsum tətbiq etmək ideyasını rədd ediblər.
Məsələ ilə bağlı Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Oxu24.com-a açıqlamasında bildirib ki, İran məcburdur ki, təzyiq kimi alternativ imkanlar tapsın.
“Həmin alternativ imkanlardan biri də boğazın bağlanması olmalıdır. Və bu, dünyada neft dalğalanmalarına, krizisə, böhrana gətirib çıxarır və bir növ batan gəmi effekti də formalaşdırır. Bu mənada İranın belə bir rüsum irəli sürmə ideyası başa düşüləndir. Təhlükəsizlik amili iştirakçılarının da məsələni rədd etməsinin arxasında, təbii ki, onların zərərçəkən iqtisadiyyatları, birgə ümumi mövqeləri və İrana qarşı vahid cəbhənin işartılarını artıq görə bilərik.
Buna həm də mövzu ticarət qaydalarının pozulmasına etiraz kimi də baxa bilərik.
Bu, Azərbaycan üçün şübhəsiz ki, böyük dividendlər yaradır. Çünki, alternativdir və Zəngəzur dəhlizinin də üzərinə gəlsək, 10 il, 20 il, 30 ildir dünyanın ən stabil kommunikasiya kəmərlərindən hesab olunur. Bu mənada Azərbaycanın böyük avantajı var. Əlbəttə, risklər geosiyasi qayğılar yarada bilər, neft qiymətində dalğalanmalar yarada bilər və bunun nəticəsində müəyyən təhdidlərin formalaşmasını da görmək olar”,-deyə şərhçi qeyd edib.
Çimnaz Telmanqızı
18:26 / 12 Noyabr 2026
16
18:16 / 12 Noyabr 2026
28
18:15 / 12 Noyabr 2026
44
18:07 / 12 Noyabr 2026
49
17:53 / 12 Noyabr 2026
65
17:19 / 12 Noyabr 2026
70
16:25 / 12 Noyabr 2026
86
16:21 / 12 Noyabr 2026
113
15:55 / 12 Noyabr 2026
101
15:36 / 12 Noyabr 2026
491
15:15 / 12 Noyabr 2026
177
15:12 / 12 Noyabr 2026
100
14:15 / 12 Noyabr 2026
186
14:04 / 12 Noyabr 2026
486
13:59 / 12 Noyabr 2026
384
13:55 / 12 Noyabr 2026
128
13:45 / 12 Noyabr 2026
250
13:36 / 12 Noyabr 2026
359
13:29 / 12 Noyabr 2026
148
13:21 / 12 Noyabr 2026
167
13:20 / 12 Noyabr 2026
191
13:18 / 12 Noyabr 2026
624
13:16 / 12 Noyabr 2026
191
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.