Təmayüllü məktəblər repetitorluğu sıradan çıxara biləcəkmi? - Foto
12 Noyabr 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
810
03.04.2026, 19:56
Bakının mərkəzində yerləşən tarixi binanın divarlarına qraffiti çəkərək vandallıq edən şəxslərin kimliyi və ailələri barədə detallar üzə çıxıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisəni törədənlər arasında paytaxtın tanınmış təhsil müəssisələrinin şagirdləri və bir əcnəbi tələbə var.
Saxlanılan şəxslər "Landau School"un şagirdləri Münəvvər Bərxudayeva və Layla Muradi, 10 nömrəli məktəbin şagirdi Şəfiqə Qaraşlı və ADA Universitetinin tələbəsi, Belarus vətəndaşı Ardeshir Seyfpour
Saad Abadidir. Məlum olub ki, qrupun üzvü olan Ardeshir Seyfpour həm də qraffiti dizayneridir və sosial şəbəkələrdə öz əl işlərini paylaşır.
Araşdırmalar zamanı gənclərin ailə üzvləri haqqında da məlumatlar dəqiqləşib. Layla Muradinin atası Samir Muradi "Best Events" MMC-nin baş direktoru, Münəvvər Bərxudayevanın atası Taleh Bərxudayev isə "Halliburton Eurasia Limited" şirkətində xidmət operatoru işləyir. Şəfiqə Qaraşlının atası Farid Qaraşov taksi fəaliyyəti ilə məşğul olur. Əcnəbi tələbənin atası Omid Seyfpour Saad Abadi isə "Denizkala" şirkətində menecer vəzifəsində çalışır.
Tarixi abidə hesab olunan binanın fasadına vurulan zərər artıq aradan qaldırılsa da, faktla bağlı açılmış cinayət işi üzrə araşdırmalar davam edir. Paytaxt sakinləri tərəfindən kəskin qınanan bu hərəkət mədəni irsə qarşı hörmətsizlik kimi qiymətləndirilir. (Apa)
18:16 / 12 Noyabr 2026
6
18:15 / 12 Noyabr 2026
35
18:07 / 12 Noyabr 2026
43
17:53 / 12 Noyabr 2026
63
17:19 / 12 Noyabr 2026
67
16:25 / 12 Noyabr 2026
84
16:21 / 12 Noyabr 2026
108
15:55 / 12 Noyabr 2026
100
15:36 / 12 Noyabr 2026
483
15:15 / 12 Noyabr 2026
176
15:12 / 12 Noyabr 2026
97
14:15 / 12 Noyabr 2026
185
14:04 / 12 Noyabr 2026
481
13:59 / 12 Noyabr 2026
380
13:55 / 12 Noyabr 2026
127
13:45 / 12 Noyabr 2026
249
13:36 / 12 Noyabr 2026
356
13:29 / 12 Noyabr 2026
147
13:21 / 12 Noyabr 2026
166
13:20 / 12 Noyabr 2026
190
13:18 / 12 Noyabr 2026
620
13:16 / 12 Noyabr 2026
190
13:07 / 12 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.