BOKT-dan kredit götürənlərin nəzərinə
30 Sentyabr 2026, 18:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
689
03.04.2026, 18:20
İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olun-ması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
Qeyd olunub ki, 2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul olunub və icraatda qalıqla birgə 17053 inzibati akt olub. İl ərzində onlardan 11360-nın, başqa sözlə 66,6%-nin icraatı tamamlanıb yaxud icrası qismən təmin edilib, 2025-ci ilin sonuna qalıq qalan 5693 iş nəzarətdə saxlanılmaqla icrası istiqamətində zəruri tədbirlər görülməkdədir.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən hüquqşünas Əkrəm Həsənov ilk növbədə bələdiyyələrin həmin torpaqları necə satdığına baxmaq lazım olduğunu bildirib.
“Çünki qanunvericiliyə görə 2007-ci ildən sonra bələdiyyə torpaqları yalnız hərrac yolu ilə satılır. Hərracda isə təkcə müvafiq bələdiyyə deyil, bəzi dövlət qurumları və o cümlədən Əmlak Məsələləri Dövlət Xidməti də iştirak edir.
Yeri gəlmişkən, qeyd edim ki, Daşınmaz Əmlakın Dövlət Reyestri bütün dünyada açıq və şəffafdır. Bizdə isə qapalıdır. Əslində mən istədiyim vaxt Reyestrə daxil olub öyrənə bilməliyəm ki, filan daşınmaz əmlak kimindir. Yaxud da hansısa dövlət əmlakının necə idarə olunduğunu asanlıqla öyrənə bilməliyəm. Bu prosesə ictimai nəzarət olmadığı üçün biz bilmirik ki, deyilən bələdiyyə torpaqları necə satılıb.
Digər tərəfdən, biz dəqiq bilmirik ki, qanunsuz satılan bələdiyyə torpaqları ancaq 21 hektardır.
Bəlkə bu rəqəm daha böyükdür... Amma proses şəffaf olmadığı üçün qanunsuzluqların sayı, həcmi və necə baş verməsi barədə dəqiq heç nə bilmirik. Ona görə də bələdiyyələrin qanunsuz əməllərinin səbəbləri barədə danışmaq çətindir”.
19:01 / 30 Sentyabr 2026
1
18:53 / 30 Sentyabr 2026
22
18:45 / 30 Sentyabr 2026
32
18:29 / 30 Sentyabr 2026
39
18:14 / 30 Sentyabr 2026
61
18:06 / 30 Sentyabr 2026
52
17:49 / 30 Sentyabr 2026
60
17:29 / 30 Sentyabr 2026
78
17:15 / 30 Sentyabr 2026
71
17:06 / 30 Sentyabr 2026
77
17:04 / 30 Sentyabr 2026
965
17:02 / 30 Sentyabr 2026
159
16:40 / 30 Sentyabr 2026
710
16:20 / 30 Sentyabr 2026
64
16:13 / 30 Sentyabr 2026
69
15:55 / 30 Sentyabr 2026
71
15:46 / 30 Sentyabr 2026
63
15:35 / 30 Sentyabr 2026
84
15:31 / 30 Sentyabr 2026
71
15:19 / 30 Sentyabr 2026
81
15:08 / 30 Sentyabr 2026
78
15:01 / 30 Sentyabr 2026
162
14:49 / 30 Sentyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.