80 yaşlı deputat: Saysız-hesabsız təltifləri olan Mixail Zabelinin DOSYESİ
19 Mart 2026, 08:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
638
26.02.2026, 18:35
Artur Rasizadə 22 il Azərbaycan Respublikasının Baş naziri olub və ölkə tarixində ən uzun müddət bu vəzifəni icra edən hökumət başçılarından biri sayılır.
Oxu24.com “Demokrat.az”a istinadən keçmiş Baş nazir Artur Rasizadə ilə müsahibəni təqdim edir:
Jurnalist: Artur müəllim, necəsiniz, səhhətiniz necədir? Sizi 91 illik yubileyiniz münasibətilə təbrik edirəm. Bildiyimiz qədərilə, Xocalı günündə anadan olduğunuz üçün faciədən sonra heç vaxt ad gününüzü qeyd etməmisiniz. Bu gün Xocalını azad görmək 91 yaşlı bir insan kimi sizə necə təsir bağışlayır?
Artur Rasi-zadə: Çox sağ ol. 91 illər keçir, Allaha şükür. Xocalını azad görməyi çox, çox ürəkdən istəyirdim. Səhhətim o qədər imkan vermir, amma bəlkə havalar düzələndən sonra inşallah bir dəyərik.
Jurnalist: İnşallah, yaxın zamanda Xocalıda olmaq istəyirsiniz? Bəs azad olunandan sonra indiyə qədər Qarabağda olmusunuz?
Artur Rasi-zadə: Hə, təbii. Amma azad olunandan sonra yox. Qabaq olmuşam, indi isə qan təzyiqim var, belə şeylərdə bir balaca qalxır. 91 yaşda bu baxımdan bir az çətinlik var.
Jurnalist: DTX Ramiz Mehdiyev və komandasının dövlətə xəyanəti ilə bağlı rəsmi açıqlama yayıb. Siz uzun illər dövlətçilik təfəkkürü ilə fəaliyyət göstərmisiniz. Sizcə, Ramiz Mehdiyev niyə belə bir addım atdı?
Artur Rasi-zadə: Bu çox mürəkkəb sualdır. Uzun müddət işləyən insanın sonra belə bir fikrini, hərəkətlərini dəyişməsi çox qəribədir. Ola bilsin şəxsiyyətdən asılıdır, bir də bəlkə inciklik məsələsi olub. Hamımız vəzifədə daimi qalmırıq, vaxt gəlir vəzifə dəyişir. Amma bu yaşda o işlərlə məşğul olmaq, dövlətə xəyanət eləmək mənə çox təəccüblü gəlir.
Jurnalist: Siz 22 il Baş nazir olmusunuz, vəzifəniz ondan daha yüksək olub. Niyə siz heç vaxt belə bir yola düşmədiniz, amma o düşdü?
Həmçinin oxuyun
Artur Rasi-zadə: Bu insandan asılıdır. Mən dövlətin, hökumətin, xalqın mənafelərini həmişə demişəm. Bir nəfər özünü dürüst aparır, başqaları isə vəzifədə olanda bir az çətinlik çəkir.
Jurnalist: Zamanında onun müxalifətlə və ya başqa əllərlə əlaqəsini hiss etmişdiniz?
Artur Rasi-zadə: Yox, hamımız bir yerdə işləmişik. Çox yaxınlıq demək olmaz, amma çalışırdılar ki, rəhbər şəxslər arasında nəsə yaransın. Biz dövlət naminə vahid komanda idik. İndi isə hər şey fərdi şəxsiyyətdən və vəzifədən asılıdır. Məsələn, birinin xoşuna gəlir ki, ona “boz kardinal” deyirlər. Mənə belə desəydilər, özümü vurub… (gülür). Çox fəxr eləyir ki, kimsə buna “boz kardinal” deyir. Bu nə məsələdir? Ya agentsən, ya nəsə.
Jurnalist: Ramiz Mehdiyevin son hərəkətlərində Rusiyadan gələn göstərişlərin rolu ola bilərmi?
Artur Rasi-zadə: Bunu istintaq və məhkəmə göstərəcək, amma istisna olunmur. O telefon danışıqları, sənəd gözləmək, harasa çatdırmaq nə deməkdir? Biz müstəqil dövlətik. Nə olursa olsun, bu, dövlətçiliyə, xalqa, rəhbərliyə, Prezidentimizə birbaşa xəyanətdir.
Jurnalist: Ölkənin indiki inkişafı və torpaqların azad edilməsi barədə nə deyə bilərsiniz?
Artur Rasi-zadə: Ulu Öndər gəldi, bu ölkəni ikinci dəfə diriltdi. İqtisadiyyat bərbad idi, ordu yox idi. Addım-addım respublikanı qaldırdı. İndi də cənab Prezidentimiz sayəsində respublikamızın adı dünya səviyyəsində ucalıb. Şəxsən mən inanırdım ki, torpaqlarımız qaytarılacaq. Zakir müəllimlə (Müdafiə naziri) görüşmüşdüm, o günləri xatırladım. Bu respublika ilə fəxr eləmək lazımdır.
Jurnalist: Artur müəllim, çox sağ olun. Allah sizə can sağlığı və uzun ömür versin.
Artur Rasi-zadə: Sən də çox sağ ol.
09:52 / 19 Mart 2026
1
09:21 / 19 Mart 2026
26
08:24 / 19 Mart 2026
63
00:51 / 19 Mart 2026
221
00:32 / 19 Mart 2026
107
00:30 / 19 Mart 2026
208
00:15 / 19 Mart 2026
146
23:55 / 18 Mart 2026
218
23:54 / 18 Mart 2026
129
23:47 / 18 Mart 2026
378
23:41 / 18 Mart 2026
4078
23:40 / 18 Mart 2026
94
23:34 / 18 Mart 2026
95
23:30 / 18 Mart 2026
96
23:24 / 18 Mart 2026
100
23:21 / 18 Mart 2026
292
23:17 / 18 Mart 2026
1099
23:10 / 18 Mart 2026
225
23:09 / 18 Mart 2026
2437
22:53 / 18 Mart 2026
671
22:51 / 18 Mart 2026
108
22:42 / 18 Mart 2026
120
22:38 / 18 Mart 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.