Tramp: İranla danışıqlar mümkündür
19 Avqust 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
907
12.05.2025, 11:29
Azərbaycan Prezidenti “Sosial xidmət haqqında” Qanununda dəyişiklikləri təsdiq edib.
Oxu24.com xəbər verir ki, yeni dəyişikliklərin əsas məqsədi çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsidir.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, qanun eyni zamanda sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurun konkretləşdirilməsi məqsədini daşıyır. Sözügedən Qanunun 19-cu maddəsinə edilən dəyişiklik sosial xidmətlərdən istifadə edən vətəndaşların əhatə dairəsinin genişləndirilməsinə səbəb olacaq.
Belə ki, əvvəllər Qanunda “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin daha geniş əhali kateqoriyasını əhatə etməsi müvafiq olaraq vətəndaşların evdə (səyyar) sosial xidmətdən istifadə hüququnu məhdudlaşdırırdı.
Millət vəkili nəzərə çatdırıb ki, qanunda edilən dəyişikliyə əsasən isə “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin “Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində” ifadəsi ilə əvəz edilməsi xidmətdən istifadə edən vətəndaşların əhatə dairəsinə birbaşa təsir göstərəcək:
"Qanuna edilən vacib dəyişliklərdən biri də çətin həyat şəraitində olan bütün şəxslər və eləcə də ailələrin yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunması və bu xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradılmasıdır. Bu da sözügedən kateqoriya vətəndaşlarımızın hammısının sosial xidmətlər ilə əhatə olunmasına gətirib çıxaracaq. Yeni dəyişikliklər ilə subyektlər arasında müqavilə bağlanılmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz sosial xidmətlər göstəriləcək. Əvvəllər yalnız ödənişli sosial xidmət göstərilərkən subyektlər arasında müqavilə bağlanması nəzərdə tutlmuşdur".
V.Bayramovun sözlərinə görə, əvvəlki qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilirdi.
"Yeni dəyişikliklərədək sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmurdu.
Qeyd olunanları nəzərə alaraq “Sosial xidmət” haqqında Qanunda yeni – sosial-mədəni xidmət növü əlavə edilib. Bu çətin həyat şəraitində olan bütün şəxslərin həmin xidmətdən istifadəsinə imkan yaradacaq.
Göründüyü kimi, Qanuna edilən dəyişkiliklər sosial xidmətlərin sayını, əhatə dairəsini genişləndirməklə yanaşı, dövlət vəsaiti hesabına daha çox xidmətlərin göstərilməsinə imkan yaradacaq".- deputat qeyd edib.
22:10 / 19 Avqust 2026
17
21:40 / 19 Avqust 2026
39
21:17 / 19 Avqust 2026
36
20:59 / 19 Avqust 2026
50
20:04 / 19 Avqust 2026
57
19:50 / 19 Avqust 2026
68
19:27 / 19 Avqust 2026
82
17:59 / 19 Avqust 2026
91
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
102
17:12 / 19 Avqust 2026
105
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
91
15:56 / 19 Avqust 2026
71
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
90
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
90
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.