Gedənə pulsuz ev və iş imkanı - Hamı ora axın edir
17 Sentyabr 2026, 00:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
400
16.04.2024, 14:14
"Dünya qlobal savaşa, planetar miqyaslı fəlakətə bir addım da yaxınlaşıb..."
OXU24.COM xəbər verir ki, bu barədə "aussiedlerbote.de" nəşri yazıb.
Tarixdə ilk dəfə olaraq İran İsrailə birbaşa hücum edərək bu ölkə istiqamətinə, "The New York Times" nəşrinin məlumatına görə, 185 dron, 110 "yer-yer" sinfindən olan raket və 36 qanadlı raket buraxıb. Raketlərin böyük bir hissəsi İrandan, bəziləri isə İraq vı Yəməndən buraxılıb.
İsrail bu güclü hücumun qarşısını uğurla alıb. Rəsmi məlumatlara görə, İsrail ərazisinə yalnız bir neçə raket düşüb, onların böyük bir hissəsi İsrailin HHM sistemləri tərəfindən ələ keçirilib.
İsrail təcili xidmətlərinin məlumatına görə hücum nəticəsində heç kim həlak olmayıb, bir qızcığaz raket qalıqlarından yaralanıb.
Vacib olanı həm də odur ki, həmin gün İsrail və İordaniya üzərindəki səmada vurulan raketlər Ukraynaya doğru uçmayacaq. İranın döyüş ehtiyatları nə qədər çox xərclənərsə, İran Rusiyaya bir o qədər az silah satacaq.
İran dövlət mediası auditoriyanı İsrailə hücumun tamamilə uğurlu olmasına inandırmağa cəhd edir.
Məsələn, İranın IRINN dövlət teleşirkəti İsrail tərəfə buraxılan raketlər barədə məlumat verib və yanğınla bağlı kadrlar göstərib.
Lakin bəlli olub ki, bu, İran döyüş sursatlarının nəticəsi deyil, Çilidə meşə yanğınlarının köhnə videosudur.
Asilə və Hottabıçlar
Rusdilli sosial şəbəkələr bu gün əsasən istehzalı şadyanalıqla doludur. Az adam ayətüllahlara acıyır. Belə istehzalı qeybətin kulminasiyasının yeni nümunəsi ilə tanış olun. Tanınmış publisist, Rusiyadan mühacirət edən Aleksandr Nevzorov "Teleqram-kanal"ında yazır ki, "Qızılı "roll-royslar" və çalmalar beyinlərin mükəmməl əvəzedicisi deyil".
Nüvə alovunun həvəskarları, habelə dünyanın sonunu gözləyənlər çox məyus olub
Ötən gecə Şərqlə Qərb arasında əzəmətli döyüş baş verib.
Aydındır ki, hottabıçlar (qurşağadək saqqallı arıq və tündsifət qoca-red.) bu döyüşü uduzub, lakin lovğalanıb və məlumat verib ki, "İsrail cəzalandırılıb, qarşıya qoyulan vəzifə icra edilib, əsas hədəf məhv edilib".
Mücahidlərin etirafına görə, 170 dron, 120 ballistik raket və 30 qanadlı raketlərin əsas hədəfi Arada qəsəbəsi yaxınlığında Asilə adlı beduin qızcığaz olub.
Asilənin 7 yaşı var, o, nümunəvi müsəlmandır, pişiklər və rahat-luhum həvəskarıdır (sünnət proseduru 5 yaşında olub).
Asilənin İran üçün təhlükəsi nədən ibarət olduğu hiyləgər hottabıçlar üçün sirr olaraq qalır. Ola bilsin ki, o, öz Barbisini arzulayır. Yaralı Asilə İsrail təcili yardım tərəfindən aparılıb.
İran ayətüllahları gecə baş vermiş "dünyalar savaşının" nəticələri ilə tanış olub və "məmnun qalıb", lakin "təkrarlaya bilər".
Bəşər tarixində bu mənzərəki epizod qızılı "roll-royslar" və çalmaların beyinlərin mükəmməl əvəzedicisi olmadığının əyani şəkildə nümayişidir", - Nevzorov yazıb.
Qeyri-sabitlik artmaqdadır. Problem ondadır ki, belə aksiyalarla onsuz da qeyri-sabit və kövrək olan vəziyyət daha da laxlayır.
İran burada kifayət qədər qlobal münaqişənin güclü detonatorudur. O, təkbaşına qərarlar vermək üçün kifayət qədər müstəqildir. İran liderlərində adekvatlıq çatışmır.
Belə təəssürat yaranır ki, tamamilə qeyri-praktiki dini apokaliptika qərarların qəbul edilməsində mühüm rol oynaya bilər.
Hələ ki, iranlılar sanki sakitləşməyə meyllidir. Ehtimal ki, onlar dərhal müqəddəs savaşı qızışdırmağa və ölməyə hazır deyil.
İran Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri bəyan edib ki, "Həqiqi vəd" əməliyyatı icra edilib.
"İranın maraqlarına zərər vuran istənilən dəstək və iştirak İran İslam Respublikası tərəfindən qətiyyətli cavaba gətirib çıxaracaq", - bunu İran hakimiyyəti bəyan edib. Hə, istənilən dəstək və iştirakdan dəm vurulur.
İsrail hücuma nə ilə cavab verəcəyi hələlik aydın deyil. Lakin elə cavab forması axtarılır ki, münaqişənin bundan sonra eskalasiyasına gətirib çıxarmasın. Əlbəttə ki, belə forma möbcuddursa.
01:15 / 17 Sentyabr 2026
100
01:01 / 17 Sentyabr 2026
47
00:50 / 17 Sentyabr 2026
52
00:19 / 17 Sentyabr 2026
50
00:15 / 17 Sentyabr 2026
66
00:08 / 17 Sentyabr 2026
69
00:02 / 17 Sentyabr 2026
73
23:58 / 16 Sentyabr 2026
57
23:56 / 16 Sentyabr 2026
83
23:53 / 16 Sentyabr 2026
125
23:49 / 16 Sentyabr 2026
64
23:46 / 16 Sentyabr 2026
364
23:38 / 16 Sentyabr 2026
69
23:34 / 16 Sentyabr 2026
157
23:32 / 16 Sentyabr 2026
207
23:31 / 16 Sentyabr 2026
136
23:26 / 16 Sentyabr 2026
58
23:22 / 16 Sentyabr 2026
556
23:20 / 16 Sentyabr 2026
123
23:17 / 16 Sentyabr 2026
699
23:09 / 16 Sentyabr 2026
683
23:08 / 16 Sentyabr 2026
88
23:00 / 16 Sentyabr 2026
176
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.