Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106205
az

Ermənistan miqrant "anbarı"na döndəriləcək

12:2015 Aprel, 2024
164
SİYASƏT
  • A

Dünyanın ən yoxsul dövlətlərindən Britaniyaya üz tutan miqrantlarla bağlı problemin həll yolunu London, deyəsən, tapıb.

Rəsmi London qanunsuz miqrantların tam əksəriyyətini artıq gəldikləri ölkələrə, yəni vətənlərinə deportasiya etməyəcək. Həmin miqrantlar "vətənlərindən daha pis vəziyyətdə olan ölkələrə" göndəriləcək.

Britaniya mediasında yer alan məlumatlara görə, baş nazir Rişi Sunak hökuməti ölkəyə üz tutan qanunsuz miqrantları Botsvanaya, Kosta-Rikaya, Kot D-İvuara və Ermənistana yollamaq fikrindədir.

"Britaniya krallıqdan göndəriləcək qanunsuz miqrantları qəbul edə biləcək bu dörd ölkə ilə artıq danışıqlara başlayıb. Böyük Britaniyanın XİN-indən əldə edilmiş sənədlər danışıqların intensiv getdiyinə dəlalət edir", - Britaniya mediası bildirir.

Londonun qanunsuz miqrantların üçüncü ölkəyə göndərilməsi ilə bağlı təcrübəsi var: Britaniya iki il əvvəl Ruandanın hakimiyyət dairələri ilə müvafiq saziş imzalamışdı.

Krallıqdan deportasiya ediləcək miqrantların axınını istiqamətləndirmək üçün Britaniya artıq ilyarımdır ki, müvafiq dövlətlər arayırdı.


Baş nazir Rişi Sunak hələ ötən ilin payızında Botsvana, Kosta-Rika, Kot D-İvuar və Ermənistanla anlaşmalar imzalamaq fikrindəydi.

Bəzi problemlər buna imkan verməmişdi.

Londonla İrəvan arasında danışqılar ötən ilin sentyabrında, Britaniyanın XİN başçısının müavini Leo Dokertinin Ermənistana səfəri zamaı başlanmışdı.

İrəvan rəsmiləri müzakirələr zamanı ona demişdilər ki, Britaniya parlamenti qanunsuz miqrantların Ruandaya göndərilməsi ilə bağlı qanun layihəsini qəbul edəndən sonra "situasiyanı diqqətlə izləyirlər".

Britaniyaya qanunsuz miqrantları Avropanın müxtəlif ölkələrindəki mütəşəkkil cinayətkar qruplaşmalar rezin qayıqlarla yollayırlar. Fransadan Britaniyaya La-Manş boğazını keçərək yan alan belə qayıqlarda bir "yer"in qiyməti təqribən 10 min dollardır.

Rəsmi London hesab edir ki, sonradan Ermənistan və ya Ruanda kimi "yoxsul, problemli ölkələr" deportasiya edilmək perspektivi Britaniyanın bir sıra ölkələrdən, xüsusilə də Albaniya, Əfqanıstan, İraq, İran və Suriyadan Avropaya axışan miqrantlar üçün cazibədar etməyəcək.

Həmin miqrantların bir çoxu Fransadan qayıqlarla Britaniyaya qanunsuz şəkildə yollanırlar.

Britaniyalı məmurlar qeyri-rəsmi söhbətlər zamanı deyirlər ki, Kosta-Rika və ya Botsvanaya yollanmaq qanunsuz miqrantları Ermənistana göndərilməkdən daha az qorxudur: "Onlar Ermənistanı ən pis variant hesab edirlər".

Britaniyanın Xarici İşlər Nazirliyi ölkəyə axışan qanunsuz miqrantların göndərilməsi üçün Cənubi Amerikanın bəzi ölkələri, o cümlədən Paraqvay, Peru, Braziliya və Ekvador ilə danııqlar aparıb. Amma sözügedən ölkələrin hökumətləri miqrant axınını qəbul etməyə razılıq verməyib.

Rəsmi London bundan sonra Kabo-Verde, Seneqal, Tanzaniya və Syerra-Leone ilə də danışıqlar aparmaq fikrindədir. Ermənistan və daha üç ölkə ilə anlaşmalar imzalanmazsa, müzakirələr uğursuzluqla başa çatarsa, ehtiyat variant kimi adı çəkilən dövlətlərlə təmaslar başlanacaq.

Ruanda ilkin sənədləri imzalasa da, proses hələ başlamayıb. Britaniyanın baş naziri Rişi Sunak ötən həftə Ruanda prezidenti Pol Kaqame ilə görüşərək miqrantların deportasiyası məsələsini müzakirə edib.


Ermənistan variantına gəldikdə isə, London ötən ilin sentyabrında İrəvanla birbaşa təmaslara başlamazdan əvvəl Mərakeş, Tunis və Namibiya ilə analoji danışıqlar aparmışdı. Amma bu ölkələr qanunsuz miqrantları qəbul etməyə razılaşmayıblar.

Bununla yanaşı, Ermənistanla paralel olaraq Surinam və Beliz kimi dövlətlərlə də təmaslar olub.

Həmin dövlətlər də Londonun təkliflərindən boyun qaçırıblar.

Britaniya XİN-dən verilən məlumatlara görə, rəsmi İrəvan artıq ilkin razılığını verib: "Əgər Ermənistanla anlaşmalar imzalanarsa, Britaniyaya üz tutan qanunsuz miqrantların bu ölkəyə deportasiyası ilə bağlı ən azı 290 milyon funt-sterlinq həcmində prosesə başlaya bilərik".

Baş nazir Rişi Sunak isə bəyan edib ki, qanunsuz miqrantları Ruandanın paytaxtı Kiqalidəki hava limanına daşıyacaq aviareyslər artıq bu baharda işə düşəcək.

Britaniyanın Daxili İşlər Nazirliyi (DİN) bəyanat yayaraq bildirib ki, ölkədən üçüncü dövlətə ilk miqrant dəstəsinin deportasiyasının iyun ayınadək baş tutacağına ümid edir.

Problemlərdən biri də belə deportasiya prosesini reallaşdırmaq üçün aviaşirkətin tapılmasıdır. Hələlik Britaniyada heç bir aviaşirkət qanunsuz miqrantları daşımağa razılıq verməyib.

Digər problem isə siyasi, etnik, dini və s. səbəblərdən təqiblərə məruz qalaraq həyatları üçünr real təhdidlər yarandığından ölkələrindən qaçaraq miqrant olduqlarını iddia edən şəxslərlə bağlıdır.

Ruanda belə qanunsuz miqrantları qəbul edərək onlara siyasi sığınacaq verməkdən boyun qaçırıb. Üstəlik, Britaniya ilə Ruanda arasında ekstradisiya və məhkəmələr arasında əməkdaşlıqla bağlı müvafiq sazişlər imzalanmayıb.

Rəsmi London İrəvanla müzakirələrdə sadalanan problemlərin təkrarlanmamas üçün ilkin şərtlərini açıqlayıb.

Ermənistanın hakimiyyət dairələri hələ düşünürlər.

Çünki hazırda ölkə ərazisində relokantların və miqrantların sayı çox ciddi narahatlıqlar yarada bilər.

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar başlayandan sonra səfərbərlikdən yayınmağa çalışan yüz minlərlə rusiyalı Ermənistana üz tutaraq relokant olublar.

Bundan savayı, hazırda Ermənistanda on minlərlə Hindistan vətəndaşı var. Hinduslar İrəvanı sonradan Avropa İttifaqına və ABŞ-a yollanmaq üçün aralıq mərhələ hesab edirlər.

Britaniya ilə razılaşma imzalanandan sonra isə Ermənistan qanunsuz "miqrant anbarı"na çevriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Əsədlə görüşəcək
Papadan növbəti atəşkəs çağırışı
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu