LUX Residence-dən şikayət: 86 yaşlı qadının FƏRYADI -Şirkətdən AÇIQLAMA (YENİLƏNİB)
07 May 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
3126
21.07.2023, 10:46
Vəkil Aqil Layıc adına ünvanlanan bağlamaların alınmasında gömrük orqanları tərəfindən maneə yaradılması haqda paylaşım edib.
Oxu24.com xəbər verir ki, vəkilin sözlərinə görə, Türkiyədən Trendyol vasitəsilə sifariş etdiyi köynək qanunsuz olaraq 38 gün Dövlət Gömrük Komitəsinin Hava Limanındakı terminalda saxlanılıb:
“Türkiyədən Trendyol vasitəsilə 1469 lirəlik (92 manat) T-shirt sifariş etmişdim. 03.06.2023-cü il tarixində rəsmi olaraq smart custom vasitəsilə bəyan etmişəm. Həmin tarixdən etibərən bağlamanı izləmək mümkün olmayıb. Gah dedilər gəlməyib, gah dedilər, xarici anbardarır. Nəhayət dünən bildim ki, Gömrük Komitəsinin Hava Limanında olan terminalında qanunsuz olaraq 38 gün saxlanılır. Gəldim bura, deyirəm niyə saxlamısınız. Deyir bəyan edilməyib. Dərhal "smart custom" mobil əlavəsi ilə sübut etdim ki, bəyan edilib. İndi də mənə deyirlər ki, 82 manat artıq pul ödəməlisən. Deyirəm niyə? Deyirlər ki, kargoda 38 gün saxlanılıb, icarə haqqıdır. Bağlamanın çəkisi cəmi 380 qramdır.
Dövlət Gömrük Komitəsindən (DGK) isə sorğumuza cavab olaraq bildirilib ki, Aqil Layıcın qeyd etdiyi hal gömrük orqanı tərəfindən deyil, bəyanetmə zamanı uyğunsuzluq ucbatından baş verib:

“Vətəndaş tərəfindən xaricdən 3 məhsul sifariş edilərək gömrük ödənişləri ödənməklə bir bağlamada “Smart customs” tətbiqi vasitəsilə gömrük orqanlarına bəyan edilib. Cari ilin iyun ayında sifariş olunan məhsullardan ikisi bir bağlamada ölkə ərazisinə daxil olub və gömrük nəzarətindən keçirilərək daşıyıcı şirkət tərəfindən götürülüb. İnvoys dəyəri 1469 tl təşkil edən və ölkəyə daha gec tarixdə gələn digər bağlama isə vətəndaş tərəfindən gömrük orqanına dəyəri 1 tl olmaqla bəyan edilib. Bu səbəbdən invoys dəyəri 1469 tl təşkil edən bağlamanın gömrük orqanına 1 tl dəyərində bəyan olunması sistemdə uyğunsuzluq yaradıb və müvafiq araşdırılma aparılması üçün bağlama cari il iyunun 9-da saxlanılıb, daşıyıcı şirkətə və vətəndaşa bu barədə “Smart customs” tətbiqi üzərindən bildiriş göndərilib. 41 gün sonra vətəndaş gömrük orqanına müraciət edib, bağlamanın gömrük orqanına yanlış məlumat vermə, yəni səhv bəyan etmə səbəbindən saxlanıldığına dair müvafiq izahat işləri aparılaraq buraxılışı təmin olunub.
Beləliklə, Aqil Layıcın sosial şəbəkədə qeyd etdiyi hal gömrük orqanı tərəfindən deyil, bəyanetmə zamanı uyğunsuzluq ucbatından baş verib, buna görə də gömrük orqanlarına aid olmayan saxlanca görə ödəniş yaranıb.”

09:18 / 13 May 2026
1
00:19 / 13 May 2026
296
00:05 / 13 May 2026
2854
00:02 / 13 May 2026
264
23:59 / 12 May 2026
4047
23:54 / 12 May 2026
1246
23:50 / 12 May 2026
270
23:43 / 12 May 2026
1606
23:40 / 12 May 2026
114
23:31 / 12 May 2026
112
23:27 / 12 May 2026
106
23:25 / 12 May 2026
96
23:22 / 12 May 2026
157
22:47 / 12 May 2026
223
22:38 / 12 May 2026
134
22:20 / 12 May 2026
121
21:59 / 12 May 2026
154
21:54 / 12 May 2026
148
21:37 / 12 May 2026
172
21:15 / 12 May 2026
155
20:55 / 12 May 2026
138
20:44 / 12 May 2026
239
20:42 / 12 May 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.