Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1176
07.05.2026, 10:38
Gəncə şəhər sakini aldığı mülkə dair sənədlərin saxtalaşdırıldığını iddia edir.
Oxu24.com xəbər verir ki,Ajans.az-ın qaynar xəttinə daxil olan məlumata görə, Gəncə sakini Babaşov Rafiq Əli oğlu bildirir ki, aldığı mülklə bağlı sənədlər bir qrup şəxs tərəfindən saxtalaşdırılıb. Onun iddiasına əsasən, 1 nömrəli notarius, 3 nömrəli notarius və digər şəxslər bu prosesdə iştirak ediblər.
Şikayətçi qeyd edir ki, adıçəkilən şəxslər Bayramova Tamella Əli qızının adına saxta vərəsəlik və alqı-satqı müqavilələri tərtib ediblər. Onun sözlərinə görə, hazırda səhhətində problem olan həmin qadının evinə 3 nömrəli notariusun əməkdaşları gedərək sənədlərə imza atdırıb və ondan ata evini tərk etməsini tələb ediblər.
Rafiq Babaşov bildirir ki, məsələ ilə bağlı bir sıra aidiyyəti qurumlara müraciət etsə də, heç bir nəticə əldə olunmayıb. O qeyd edir ki, 2026-cı il mayın 1-də Şəmkir şəhərində Ədliyyə nazirinin qəbuluna getmək istəsə də, buna imkan verilməyib. Eyni halın Gəncə şəhərində də baş verdiyini iddia edir.
Şikayətçi vurğulayır ki, əlində olan bütün faktları təqdim etsə də, məsələ araşdırılmır və ört-basdır edilir.
Onun əsas tələbi Bayramova Tamella Əli qızından izahat alınması və onun adına rəsmiləşdirilmiş sənədlərin ləğv edilməsidir.
“Mən nə ev satmışam, nə də həmin evə sənəd çıxartdırmışam. Bütün sənədlər saxtadır. Heç kim Tamella xanımdan izahat almır”, – deyə Rafiq Babaşov bildirib.
Məsələ ilə bağlı adıçəkilən hər iki notariat orqanı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Notariat ofislərinin rəsmi əlaqə nömrələrinə də zəng çatmadı. Bu səbəbdən qarşı tərəfin mövqeyini təqdim edə bilmədik. Qarşı tərəf və digərlərinin mövqeyini təqdim etməyə hazırıq.
14:57 / 05 Noyabr 2026
62
14:50 / 05 Noyabr 2026
64
14:48 / 05 Noyabr 2026
68
14:44 / 05 Noyabr 2026
59
14:41 / 05 Noyabr 2026
77
14:36 / 05 Noyabr 2026
70
14:25 / 05 Noyabr 2026
93
14:24 / 05 Noyabr 2026
92
14:18 / 05 Noyabr 2026
210
14:08 / 05 Noyabr 2026
126
14:01 / 05 Noyabr 2026
94
13:48 / 05 Noyabr 2026
990
13:41 / 05 Noyabr 2026
103
13:20 / 05 Noyabr 2026
153
13:12 / 05 Noyabr 2026
165
13:02 / 05 Noyabr 2026
368
13:00 / 05 Noyabr 2026
193
12:56 / 05 Noyabr 2026
177
12:51 / 05 Noyabr 2026
128
12:41 / 05 Noyabr 2026
429
12:40 / 05 Noyabr 2026
132
12:39 / 05 Noyabr 2026
114
12:36 / 05 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.