LUX Residence-dən şikayət: 86 yaşlı qadının FƏRYADI -Şirkətdən AÇIQLAMA (YENİLƏNİB)
07 May 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
4789
17.06.2020, 11:30
Azərbaycanda bir qrup fəhlənin qanunsuz işlədilməsi və əməkk müqaviləsi bağlanmaması ilə bağlı xəbər vermişdik.
Məlumat üçün xatırladaq ki,Zərdab-Ucar rayonlarını birləşdirən yolun tikintisini həyata keçirən "Körpü-Bina-Tikinti" şirkətinin məsul əməkdaşları Ucar rayon sakinləri Allahverdiyev Valeh Əliyusif oğlunu, Manafov İlkin Manaf oğlunu,Xəlilov İsrayıl Marif oğlunu aldadaraq əmək müqaviləsi olmadan tikintidə işlədib.Şirkətin Mübariz adlı əməkdaşı sakinlərdən əmək müqaviləsi bağlanması üçün sənədləri istəyib. İşə düzəlmək üçün tələb olunan bütün sənədlər təqdim olunub. İşə başlayan vətəndaşlar müavilənin bağlanmasının gecikdiyini gördükdə narahatlıq keçirib. "Körpü-Bina-Tikinti" şirkətinin əməkdaşı isə onlara vəd verərək müqavilənin tezliklə bağlanacağını söz verib. 10 aydan sonra fəhlələr heç bir müqavilə bağlanmadan işdən qovulub.
Bu barədə Oxu24.com saytına sözügedən şəxslər məlumat verib.
Onların sözlərinə görə, hüquqlarının pozulmasına görə rəsmən Əmək Müfəttişliyinə müraciət ediblər.Buna baxmayaraq bu günə qədər vətəndaşa heç bir cavab verilməyib.
Şikayətçi Valeh Allahverdiyevin sözlərinə görə,onlar şirkət tərəfindən aldadılıb. Buna görə də vətəndaşlara işlədikləri əlavə saatlara görə ödəniş də edilməlidir.
Şkayətçilərin sözlərinə görə, Əmək Müfəttişliyinə şikayət etdikləri vaxt şirkət onlarda belə işçilərin işləmədiyi yalan olaraq söyləyib. Fəhlələr bildirir ki, onların sözügedən şirkətdə işlədiyini sübut edən rəsmi faktlar var.
"Şirkət burada oyun oynayır. Əmək Müfəttişliyinə deyiblər ki, bizdə helə insanlar işləməyib. Mən buradan məntiqi sual edirəm. Mən orada işləməmişəmsə şirkətin forması əynimdə tikinti aparılan ərazidə mən nə edirəmmiş? İkinci sübut mən hər gün şirkətin təhlükəsizlik kitabına qol çəkib işə çıxmışam. Əgər mən şirkətdə işləməmişəmsə şirkətin təhlükəsizlik kitabında mənim adım və imzalarım hardandır?", deyə şikayətçi İlkin Manafov bildirib.
Vətəndaşların sözügedən şirkətdə işlədiyini sübut edən həmin faktları təqdim edirik:






Göründüyü kimi bu qədər faktın təqdim olunmasına baxmayaq bu günə kimi heç bir qanuni tədbir görülməyib.
Əmək Müfəttişliyi "Körpü-Bina -Tikinti" şirkəti ilə bacarmırmı?
Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, vətəndaşların şikayəti hazırda araşdırılma mərhələsindədir. Yekun qərar qəbul edildikdən sonra vətəndaşlara rəsmi cavab veriləcək.
Qeyd edək ki, məsələ ilə bağlı aldadılan fəhlələr Prezident Cənab İlham Əliyevə,Baş Prokurorluğa,Vergilər Nazirliyinə rəsmi müraciət ünvanlayıblar.
Oxu24.com məsələni diqqətdə saxlayacaq.
21:15 / 12 May 2026
10
20:55 / 12 May 2026
36
20:44 / 12 May 2026
93
20:42 / 12 May 2026
50
20:39 / 12 May 2026
51
20:36 / 12 May 2026
67
20:35 / 12 May 2026
256
20:30 / 12 May 2026
57
20:24 / 12 May 2026
332
20:23 / 12 May 2026
128
20:17 / 12 May 2026
64
20:14 / 12 May 2026
54
20:09 / 12 May 2026
66
19:59 / 12 May 2026
505
19:59 / 12 May 2026
233
19:58 / 12 May 2026
186
19:51 / 12 May 2026
160
19:29 / 12 May 2026
89
19:13 / 12 May 2026
170
19:08 / 12 May 2026
112
18:58 / 12 May 2026
273
18:45 / 12 May 2026
88
18:29 / 12 May 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.