Beynəlxalq Bankdan istifadəçilərə “sürpriz”: 5 dəfə azaltdı, pul tutur...
11 Fevral 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
2045
15.06.2020, 22:36
Azərbaycanda korrupsiyanın bulaşmadığı sahə qalmayıb. Artıq bütün dövlət strukturlarında belə halların olması zaman içində üzə çıxır. Hətta hökumət özü də etiraf edir ki, məmurlar talançılıqla məşğul olurlar.
Bu arada araşdırmaçı jurnalistlər, bloggerlər də xeyli araşdırma apararaq, korrupsiya hesabına varlanmış və böyük sərvətə sahib olmuş məmurların kimliyini üzə çıxarmaqda davam edirlər.
Blogger, Meydan TV-nin əməkdaşı Həbib Müntəzir Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil alan və 2 maşın cangüdənlə gəzən Elmir İsmayılovun sərvətini üzə çıxarıb. O yazır ki, Elmir İsmayılov Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri olmuş Üzeyir Ərəstun oğlu İsmayılovun oğludur. "Üzeyir həm də sabiq nazir Yavər Camalovun qardaşı, işadamı Əlikram Camalovun kürəkənidir".
Blogger onu da bildirir ki, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunan Üzeyir İsmayılovun Azərbaycanda iki şirkəti var: "Onlardan biri "UR.EL" MMC, digəri isə "L. MİR" MMC-dir. Oğlu Elmirin isə İstanbulda "MAYAK" adlı Beynəlxalq Yük Daşımaları Şirkəti var. Azərbaycan, Rusiya, İran, Gürcüstan, Çin, Türkiyə və İraqda ofisləri var".
Meydan TV-nin əməkdaşı Elmir İsmayılovun bahalı maşın həvəskarı olduğunu, hətta Bakı küçələrində sürətlə avtomobil sürməkdə ad çıxardığını iddia edir. O həmçinin məmur oğlunun avtomobil kolleksiyasına daxil olan maşınların bir neçəsinin marka və dövlət qeydiyyat nişanları haqqda da məlumat yayıb.
️Mercedes GL-Class 63 markalı, 90-ZZ-009 avtomobil
Ad - 00:19
ƏTRAFLI
Vestel
Həmçinin oxuyun
️Porsche Panamera markalı, 90-ZZ-009 nömrəli avtomobil
️Toyota Camry markalı, 10-AD-011 nömrəli avtomobil
️Mercedes S63 AMG markalı, 90-ZZ-009 nömrəli avtomobil
️Mercedes-Benz Geländewagen markalı, 90-OZ-009 nömrəli avtomobil.
Onun yazdığına görə, Elmirin əmisi Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir. "Ölkədə mərmər monopoliyasına nəzarət edir. Üveysi İsmayılov Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 26a saylı binanın yaxınlığında 3 mərtəbəli 260 kvadrat metrlik kommersiya obyekti tikdirib. O keçmiş baş prokurorun müavini Rüstəm Usubovun kürəkənidir".
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
10:05 / 22 Fevral 2026
340
10:03 / 22 Fevral 2026
58
23:37 / 21 Fevral 2026
207
23:02 / 21 Fevral 2026
159
22:40 / 21 Fevral 2026
221
22:24 / 21 Fevral 2026
165
21:58 / 21 Fevral 2026
114
21:36 / 21 Fevral 2026
101
21:24 / 21 Fevral 2026
113
21:12 / 21 Fevral 2026
344
21:04 / 21 Fevral 2026
96
20:49 / 21 Fevral 2026
101
20:46 / 21 Fevral 2026
414
20:29 / 21 Fevral 2026
121
20:05 / 21 Fevral 2026
137
19:59 / 21 Fevral 2026
114
19:43 / 21 Fevral 2026
110
19:35 / 21 Fevral 2026
209
19:30 / 21 Fevral 2026
127
19:17 / 21 Fevral 2026
103
19:04 / 21 Fevral 2026
131
18:49 / 21 Fevral 2026
106
18:39 / 21 Fevral 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.