“Azərişıq”da yeni sistemin tam inteqrasiya olunmamasnın fəsadları: Olmayan borc görünür
06 Oktyabr 2026, 11:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
2365
09.07.2025, 14:10
Bakıda “Mado” restoranlar şəbəkəsində uşağı üçün yemək sifariş verən valideynin başına iş gəlib.
Oxu24.com xəbər verir ki, bu barədə sosial şəbəkədəki “Müştəriyəm, şikayətim var” qrupunda paylaşım edən vətəndaşın sözlərinə görə, övladına məhz uşaqlar üçün nəzərdə tutulan hamburqer alıb. Azyaşlı qız sifarişin yarıdan çoxunu yeyəndən sonra yeməyin içindən qığırdağabənzər hissəcik çıxıb.
Şikayətçi hadisənin adıçəkilən restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında baş verdiyini əlavə edib: “Ayın 8-də qızlarımla birlikdə restoranda nahar etmişik. Kiçik qızıma uşaqlar üçün nəzərdə tutulan hamburqer sifariş etmişik. İçindən çıxana baxın”.
İddialarla əlaqədar “Mado” ilə əlaqə saxlasaq da, sorğumuza yalnız yazılı şəkildə cavab verə biləcəklərini dedilər. Yazılı müraciətimizə isə hələ də cavab ala bilməmişik.
Bəs restoranda belə bir hal necə mümkün olub? Verilən qidaların keyfiyyətinə nəzarət olunmurmu?
Bu suallarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda həmin məsələ ilə bağlı araşdırma aparılır: “Qeyd olunan məsələ Agentliyin Bakı Regional Bölməsi tərəfindən nəzarətə götürülüb. Müvafiq araşdırmalar aparılır.
Xahiş edirik ki, qida sahəsində bu cür neqativ hallarla rastlaşan istehlakçılar agentliyin 1003 qaynar xəttinə və ya e-qidam mobil tətbiqi vasitəsilə bizə məlumat versinlər. Müraciət daxil olduqdan sonra dərhal araşdırma və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”. (qafqazinfo)
23:59 / 20 Oktyabr 2026
25
23:35 / 20 Oktyabr 2026
31
23:23 / 20 Oktyabr 2026
50
23:16 / 20 Oktyabr 2026
55
22:54 / 20 Oktyabr 2026
83
22:44 / 20 Oktyabr 2026
72
22:33 / 20 Oktyabr 2026
99
22:22 / 20 Oktyabr 2026
70
22:22 / 20 Oktyabr 2026
76
21:51 / 20 Oktyabr 2026
156
21:47 / 20 Oktyabr 2026
146
21:42 / 20 Oktyabr 2026
85
21:39 / 20 Oktyabr 2026
316
21:33 / 20 Oktyabr 2026
658
21:28 / 20 Oktyabr 2026
84
21:22 / 20 Oktyabr 2026
374
21:17 / 20 Oktyabr 2026
83
21:15 / 20 Oktyabr 2026
82
21:06 / 20 Oktyabr 2026
81
21:03 / 20 Oktyabr 2026
72
21:00 / 20 Oktyabr 2026
69
20:55 / 20 Oktyabr 2026
64
20:50 / 20 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.