"Atlant"da biabırçılıq: İstirahətə gedənlər şikayət edirlər - VİDEO
27 İyul 2025, 08:54
Qaynar xətt:
(+99450) 247 90 86"Sədərək"də nə baş verir? — Kütləvi şikayət var
ŞİKAYƏTLƏR
1282
07.07.2025, 10:29
“Sədərək” Ticarət Mərkəzində çalışan icarədarlar buradakı texniki təhlükəsizlik vəziyyətindən və işlətdikləri obyektlərin sığortasız olmasından narahatdırlar.
Oxu24.com xəbər verir ki, ticarət mərkəzində tekstil məhsulları, məişət avadanlıqları, xalça və digər məhsulların satışı ilə məşğul olan bir qrup sahibkar “Qafqazinfo”ya müraciət edərək üzləşdikləri problemi bildiriblər.
Azərbaycanın ən böyük ticarət mərkəzlərindən biri olan “Sədərəy”in icrədarları burada indiyədək dəfələrlə güclü yanğınların olduğunu, eyni zamanda subasma hadisələrinin də onlara xüsusilə külli miqdarda ziyan vurduğunu deyibər: “2009-cu ildən fəaliyyətə başlayan və ilbəil böyüyən ticarət mərkəzinin problemləri bitmir. Mülkiyyətçilər texniki təhlükəsizlik baxımından sərmayə qoymurlar ki, bu da bizim ağır nəticələr qarşısında əlacsız qalmağımıza gətirib çıxarır. Onlar məsuliyyət daşımadan ancaq öz şəxsi mənafelərini və gəlirlərini güdürlər. Hər kəs bilir ki, burada enerji təchizatı bərbad və yüklü vəziyyətdədir. Naqillərin qızmağından hər an yanğın baş verə bilər. Elektrik təsərrüfatında avtomatlar yüklənmiş vəziyyətdə, təftiş qaydalara uyğun aparılmır, sıxılma və digər xidmətlər sadəcə monitorinqlərlə aparılır”.
İcarədarların sözlərinə görə, hazırda burada 30-40 min sahibkar çalışır: “İcarə ödənişləri hər dəfə qaldırılır. Buna baxmayaraq yanğın təhlükəsizliyi ilə bağlı vəziyyət çox faciəvi şəkildədir. Hidrantlar, yanğınsöndürən balonlar, su hovuzları kommunikasiyaları fors-major hala cavab vermir və daha əvvəl də dəfələrlə bu hallar yaşanıb. Ümid ancaq ərazidə fəaliyyət göstərən yanğınsöndürən bölməyə qalır. Ancaq mövcud sayla və texnikayla yanğın olduğu halda mübarizə aparmaq sadəlövhlükdür.
Son 8 ildə burada 9 dəfə yanğın olub. Sonuncu dəfə bu yaxınlarda Bakıdakı kinostudiya ərazisində pirotexniki vasitələrin alovlanması nəticəsində partlayışın baş verməsi isə bizi daha da narahat edir. Çünki burada da xaricdən qanunsuz yolla gətirilən pirotexniki vasitələr qaydalara tamamilə riayət edilmədən saxlanılır. Növbəti dəfə yanğın olsa, artıq hər şeyimizi itirə bilərik”.
Sahibkarların üzləşdikləri ən böyük problem isə işlətdikləri obyektləri sığortalaya bilməmələridir: “Sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, buradakı mağazaları sığortalamaqdan imtina edirlər. Belə ki, Fövqəladə Hallar Nazirliyi buranın istismarına müvafiq rəy və sənəd vermədiyinə görə sığortalamaq da mümkünsüz olub. Bununla bağlı ticarət mərkəzinin mülkiyyətçiləri təəssüf ki, hər hansı addım atmırlar. Biz də öz növbəmizdə aidiyyəti qurumlara müraciət etmişik, problemimizin həll olunması üçün ərizələr yazmışıq”.
Həmçinin oxuyun
Şikayətlə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasına sorğu ünvanladıq. Assosiasiyanın ekspert qrupunun üzvü Emin Allahverdiyev qeyd edib ki, hazırda sığorta sektorunda fəaliyyət göstərən və əmlak sığortası üzrə lisenziyası olan sığorta şirkətləri istər daşınar, istərsə də daşınmaz əmlakların sığortalanmasında maraqlıdırlar: “Lakin əmlakın sığortaya cəlb olunması üçün əsas şərt həmin əmlakın mövcud vəziyyətinin yanğın təhlükəsizliyi normalarına və digər təminat növləri üzrə risk tələblərinə uyğun olmasıdır. Bu, sığorta mexanizminin əsas fəlsəfəsini təşkil edən mühüm elementdir.
Sığorta hadisəsi mahiyyətcə təsadüfi xarakter daşımalı və sığorta təminatı yalnız bu təsadüfilik nəticəsində əmlaka dəymiş zərərə görə verilməlidir. Əgər əmlakda hadisənin başvermə ehtimalı artıq təsadüfilik xarakterini itirmişsə və risk hər gün, hər an baş verə biləcək vəziyyətdədirsə, bu halda sığorta şirkətinin belə əmlakı sığortaya cəlb etməsi nə sığorta fəlsəfəsinə, nə də qüvvədə olan qanunvericiliyə və sığorta qaydalarına uyğun sayılır.
İstər iri ticarət mərkəzlərində yerləşən obyektlər, istərsə də kiçik sahibkarlıq subyektlərinə məxsus əmlaklar sığorta şirkətləri üçün maraq kəsb edir. Lakin qeyd olunan normativ tələblərə əməl edilmədikdə, əmlakın harada yerləşməsindən asılı olmayaraq onun sığortalanması mümkün olmur.
Buna görə də, əmlakda yanğın və digər təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət edilməli, mümkün risklərə qarşı maliyyə təhlükəsizliyi təmin olunması üçün sığorta alətindən istifadə edilməlidir”.
Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Qurumun Mətbuat xidmətindən bu cavabı aldıq: “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın nəzarəti üzrə dövlət inspektorları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış “Çıxarış”a əsasən yoxlamalar (yanğın-texniki müayinələr) keçirilib. Müayinələr zamanı aşkar olunmuş pozuntulara görə cavabdeh məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyətə cəlb olunaraq pozuntuların aradan qaldırılması məqsədilə obyektin rəhbərliyinə icrası məcburi olan tələbləri özündə əks etdirən “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə Qərar” təqdim olunub. Belə ki, obyektdə aparılmış yanğın-texniki müayinələr zamanı aşkar olunmuş pozuntulara görə cavabdeh məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyətə cəlb olunaraq inzibati qaydada cərimə olunub.
Sığorta şirkətləri tərəfindən ticarət obyektlərinin daşınmaz əmlakının icbari sığorta edilməsi ilə bağlı məsələlər 24 iyun 2011-ci il 165-IVQ nömrəli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və sığortaçı ilə sığortalı arasında həll olunmalıdır”.
23:43 / 29 İyul 2025
İnsanlar narahatdır: Dənizə girənlər bədəndə yanıq izləri ilə çıxır
19
23:13 / 29 İyul 2025
Qarabağ və Şərqi Zəngəzur son ayda rekord sayda ziyarətçi qəbul etdi - 500 mindən artıq...
26
20:56 / 29 İyul 2025
Rusiyada konsert verməkdən imtina etdi
30
16:22 / 29 İyul 2025
Qaz olmayacaq
97
15:40 / 29 İyul 2025
Prezidentin sərəncamı 160 mindən çox şəxsə şamil ediləcək
1470
15:24 / 29 İyul 2025
Prezident dəyişikliyi TƏSDİQLƏDİ
206
14:45 / 29 İyul 2025
Rusiya müttəfiqlərinin adlarını AÇIQLADI
111
14:25 / 29 İyul 2025
Moldova Rusiyaya bağlı şirkəti qaz təchizatından kənarlaşdırmaq istəyir
76
14:10 / 29 İyul 2025
Kremldən Trampın ultimatumu ilə bağlı AÇIQLAMA
91
14:08 / 29 İyul 2025
Sabahın havası AÇIQLANDI
723
13:57 / 29 İyul 2025
Rus banklarında nə baş verir?
95
13:53 / 29 İyul 2025
FSB terror aktlarına çağıran Nijni Novqorod sakininin həbsinin görüntülərini yayıb
85
13:25 / 29 İyul 2025
Prezident sərəncam imzaladı :Pul AYRILDI
947
13:14 / 29 İyul 2025
Putindən yeni TƏYİNAT
111
13:11 / 29 İyul 2025
NATO gəmisi Baltik dənizində təcrübələr aparır
82
13:07 / 29 İyul 2025
Messinin saatı sərvət dəyərindədir - QİYMƏTİ
134
12:43 / 29 İyul 2025
Kobranı dişləyən uşaq huşunu itirdi
383
12:37 / 29 İyul 2025
Dənizdən meyitləri TAPILDI
696
12:31 / 29 İyul 2025
Apple ilk dəfə Çindəki mağazasını bağlayır
81
12:20 / 29 İyul 2025
Tarif Şurası QƏRAR VERƏCƏK - 1 manatdan artıq olmayacaq
338
12:07 / 29 İyul 2025
Abşeronda 22 yaşlı gəlinin qətlə yetirilməsinin TƏFƏRRÜATI
146
11:51 / 29 İyul 2025
Qazaxıstan kömürü Rusiya limanları vasitəsilə Avropaya çıxacaq
91
11:39 / 29 İyul 2025
"Komedixana"nın ulduzları haralıdır? — Təəccüblənəcəksiniz (SİYAHI)
387
11:37 / 29 İyul 2025
Ermənistanda maye qazın qiyməti kəskin bahalaşıb
82
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.