Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
4271
27.04.2020, 19:28
Xəbər verdiyimiz kimi bu gün İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.
Məlumata görə, Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.
Bununla yanaşı baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülmüşdür.
Oxu24.com həbs olunan vəzifəli barədə maraqlı məlumat əldə edib.
O, rayonda kasıblara verilən ərzaqları mənimsəməklə məşğul imiş.
Maraqlıdır ki, Məhərrəm Əhmədov həbsindən bir neçə ay öncə Mirşahin Ağayevin rəhbəri olduğu Real TV-yə müsahibə verib. O, nüsahibəsində görülən işlərdən və problemlərdən danışıb.
Həbs olunan məmurun görüntüsünü təqdim edirik:

18:47 / 26 Oktyabr 2026
11
18:36 / 26 Oktyabr 2026
45
18:20 / 26 Oktyabr 2026
67
18:10 / 26 Oktyabr 2026
61
17:45 / 26 Oktyabr 2026
131
17:01 / 26 Oktyabr 2026
99
17:00 / 26 Oktyabr 2026
266
16:58 / 26 Oktyabr 2026
74
16:46 / 26 Oktyabr 2026
80
16:42 / 26 Oktyabr 2026
72
16:30 / 26 Oktyabr 2026
102
16:17 / 26 Oktyabr 2026
103
16:08 / 26 Oktyabr 2026
229
15:57 / 26 Oktyabr 2026
91
15:50 / 26 Oktyabr 2026
287
15:48 / 26 Oktyabr 2026
142
15:44 / 26 Oktyabr 2026
199
15:41 / 26 Oktyabr 2026
97
15:37 / 26 Oktyabr 2026
76
15:34 / 26 Oktyabr 2026
104
15:28 / 26 Oktyabr 2026
82
15:19 / 26 Oktyabr 2026
216
15:10 / 26 Oktyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.