Qaynar xətt:

(+99450) 247 90 86

Qadın profili açan kişi qızının sevgilisi ilə tanış oldu: Görün sonda nə oldu - Şok hadisə

Qadın profili açan kişi qızının sevgilisi ilə tanış oldu: Görün sonda nə oldu - Şok hadisə

REDAKTORUN SEÇİMİ

1612

26.05.2022, 20:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib. 

Oxu24.com-un   xəbərinə görə, hadisə Seyhan rayonunun Onur məhəlləsində baş verib.

Belə ki, 37 yaşlı Məsud Toprak 17 yaşlı qızının Adanada sevgilisi olduğunu öyrənib. 

Bundan sonra Məsud Toprak "Ahsen" adlı saxta sosial media hesabı açaraq gənclə danışmağa başlayıb.

"Ahsen" gəncə Cansu adlı bir rəfiqəsinin olduğunu və onunla görüşmək istədiyini deyərək öz məhəllələrinə çağırıb. Gənc isə Cansu adlı qızla tanış olacağını düşünüb və dostları ilə birlikdə avtomobillə Toprağın söylədiyi küçəyə gəlib.

Əlində tapança ilə küçədə gözləyən Toprak gənci görən kimi bir-birinin ardınca atəş açıb. Bu zaman gənclər də Topraka silahdan atəş açıblar. 

Güllələr Toprağın ayağına və başına dəyib, şübhəlilər hadisə yerindən qaçıblar. Silah səslərini eşidən məhəllə sakinlərinin çağırdığı təcili tibbi yardım heyəti Toprağın öldüyünü təsbit edib.

Toprağa atəş açan şübhəlilər müəyyən edilərək saxlanılıblar.(apa)