Xuraman Əlizadəyə ağır itki
28 Oktyabr 2026, 12:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
137
28.10.2026, 12:16
Naizrlər Kabinetinin 26 oktyabr tarixli qərarına əsasən, ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana (şagird) düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilib:
Tam orta ümumtəhsil məktəbi - 2000₼
Lisey - 2200₼
Gimnaziya - 2200₼
Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi - 2500₼
İnternat tipli lisey - 3000₼
İnternat tipli gimnaziya - 3000₼
Oxu24.com bildirir ki,Nazirlər Kabinetinin bu qərarı ictimaiyyət arasında müzakirələrə səbəb olub və bəzi suallar doğurub: göstərilən məbləğ hara və necə xərclənir, bura nələr daxildir?
Milli Məclisin deputat Ceyhun Məmmədov mövzu ilə bağlı Modern.az-a danışıb.
"Bu sistem maliyyə təminatının güclənməsinə öz töhfəsini verəcək. Yəni məktəblərimizin maliyyə təminatı daha da güclənəcək. Ən vacib məsələ səmərəliliyin artırılmasıdır.
Bütün hallarda şagirdi çox olan məktəblə şagirdi az olan məktəbin maliyyələşməsi eyni ola bilməz. Yeni sistem tam olaraq belə məsələlərdə öz təsirini göstərəcək.
Düşünürəm ki, Elm və Təhsil Nazirliyinin bu yanaşması təhsilin keyfiyyətinə böyük təsir edəcək".
Təhsil eksperti Elçin Əfəndi isə qeyd edir ki, bu, təhsilin yaxşılaşması üçün atılan addımdır:
"Maliyyələşmə prinsipi şagird üçün nəzərdə tutulan illik baza təhsil xərcləridir. Bu məsələdə təhsil xərcləri dəyişir. Əvvəllər belə bir prinsip tətbiq olunmamışdı, yalnız bu tədris ilindən etibarən yeni prinsip tətbiq olunur. Adambaşına maliyyələşmə ümumi xərclərin düzgün istiqamətləndirilməsini təmin edir. Çünki bizim elə ucqar nöqtələr var idi ki, orada şagirdlər müvafiq olaraq auditoriyada 2-3 nəfər təşkil edirdi və o 2-3 nəfərə sərf edilən xərclər paytaxt, paytaxta yaxın ərazilərdə 25-30 nəfərin təhsil aldığı bir auditoriyanın xərcləri ilə eynilik təşkil edirdi. Yəni 2-3 nəfərə 2500-3000 manat xərc çəkilirdisə, 25-30 nəfərə də eyni xərc çəkilirdi. Amma indi adambaşına maliyyələşmə prinsipində bu xərclər azalıb".
Ekspert qeyd edib ki,rasionallaşma prinsipi ilə xərclər tam istiqamət üzrə xərclənir.
"İbtidai təhsil, ümumi orta təhsil və s. bunların hər birində fərqli əmsallar tətbiq olunur. Əmsallara baxsaq görərik ki, ilkin xərclər ilkin təhsildə 1 əmsalla, ümumi orta təhsildə 1,25, digərində isə 1,70-lə hesablanır. Bütün bu əmsallar adambaşına maliyyələşmə prinsipində tətbiq olunur".
Ekspert vurğulayıb ki, bu qərar məktəblərarası rəqabətin daha da artmasına gətirib çıxaracaq.
"Bu qərarın verilməsi təhsilverənlərin ümumi şəraitini, əmək haqqını yaxşılaşdırmaq üçün atılan addımdır"
12:50 / 28 Oktyabr 2026
1
12:40 / 28 Oktyabr 2026
23
12:37 / 28 Oktyabr 2026
43
12:35 / 28 Oktyabr 2026
39
12:30 / 28 Oktyabr 2026
47
12:25 / 28 Oktyabr 2026
54
12:10 / 28 Oktyabr 2026
55
12:07 / 28 Oktyabr 2026
83
12:00 / 28 Oktyabr 2026
61
11:48 / 28 Oktyabr 2026
433
11:46 / 28 Oktyabr 2026
83
11:41 / 28 Oktyabr 2026
252
11:36 / 28 Oktyabr 2026
70
11:33 / 28 Oktyabr 2026
93
11:30 / 28 Oktyabr 2026
79
11:26 / 28 Oktyabr 2026
149
11:24 / 28 Oktyabr 2026
68
11:20 / 28 Oktyabr 2026
67
11:19 / 28 Oktyabr 2026
69
11:17 / 28 Oktyabr 2026
71
11:11 / 28 Oktyabr 2026
100
11:07 / 28 Oktyabr 2026
117
11:03 / 28 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.