Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər
28 Oktyabr 2026, 18:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
82
28.10.2026, 18:01
Azərbaycan Dövlət Pantomima Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18–23 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.
Oxu24.com xəbər verir ki, teatrın yaradıcı şöbə müdürü, Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Vaqifoğlunun Hüseyn Cavidin eyniadlı əsərinin motivləri əsasında hazırladığı “İblis” tamaşası festivalın “Ən yaxşı səhnə plastikası” nominasiyası üzrə mükafata layiq görülüb.
Oktyabrın 21-də Əndican Kukla Teatrının səhnəsində nümayiş olunan 40 dəqiqəlik tamaşa qeyri-ənənəvi səhnə dili, fərqli rejissor yozumu və aktyorların plastik ifadə imkanları ilə festival iştirakçılarının böyük marağına səbəb olub.
Janr olaraq plastik deşünçə kimi təyin edilən “İblis” insanın öz daxilindəki şəri görmək əvəzinə günahkarı başqalarında axtarmasından, hakimiyyət ehtirasından, mənəvi məsuliyyətdən və insan təbiətinin ziddiyyətlərindən bəhs edir. Əsərdə hadisələr sözsüz, aktyorların bədən dili, hərəkət, musiqi və işıq vasitəsilə təqdim olunur.
Tamaşa ənənəvi pantomima anlayışından fərqlənən bədii-estetik yanaşması ilə yerli tamaşaçıların və teatr mütəxəssislərinin diqqətini cəlb edib. Festival müddətində yaradıcı heyətlə görüşən iştirakçılar tamaşa haqqında təəssüratlarını bölüşərək Azərbaycan pantomima sənətinə böyük maraq göstəriblər.
Festivalın yekununda Azərbaycan Dövlət Pantomima Teatrının “İblis” tamaşası “Ən yaxşı səhnə plastikası” nominasiyası üzrə mükafata layiq görülərək xüsusi diplom və festivalın mükafat heykəlciyi ilə təltif olunub.
Bununla yanaşı, TÜRKSOY-un Baş katibi Sultan Rayev tərəfindən teatrın direktoru Yarməmməd Qurbanov, teatrın yaradıcı işlər üzrə direktor müavini Ceyhun Dadaşov və yaradıcı şöbə müdürü, tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu (Əhmədli) festivalda iştiraklarına və yaradıcılıq töhfələrinə görə xüsusi təşəkkür lövhələri ilə təltif ediliblər.
Azərbaycan Dövlət Pantomima Teatrı isə beynəlxalq festivalda iştirakına və verdiyi töhfələrə görə TÜRKSOY təşkilatının xatirə təltifinə layiq görülüb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu,quruluşçu rəssamı Xəyyam Səmmədov, xoreoqrafı əməkdar artist Səbinə Hacıyeva, işıq üzrə rəssamı Ramiz İsmayılov
musiqi operatoru Natella Bədəlovadır.
Səhnə əsərində Əməkdar artist Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Nuridə Musabəyli, Səbirə Həsənova, Elxan Şahaliyev, Solmaz Bədəlova, Cavad Nuriyev, Jalə Novruzova, Elmin Qiyaslı və Hüseyin İsmayılov ifa ediblər.
“İblis” tamaşasının beynəlxalq mükafata layiq görülməsi Azərbaycan teatr sənətinin, xüsusilə milli pantomima məktəbinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm yaradıcılıq uğurudur.
18:56 / 28 Oktyabr 2026
5
18:43 / 28 Oktyabr 2026
29
18:35 / 28 Oktyabr 2026
37
18:30 / 28 Oktyabr 2026
57
18:24 / 28 Oktyabr 2026
58
18:20 / 28 Oktyabr 2026
58
18:16 / 28 Oktyabr 2026
134
18:07 / 28 Oktyabr 2026
71
17:52 / 28 Oktyabr 2026
308
17:43 / 28 Oktyabr 2026
83
17:40 / 28 Oktyabr 2026
74
17:28 / 28 Oktyabr 2026
140
17:21 / 28 Oktyabr 2026
436
17:16 / 28 Oktyabr 2026
88
17:11 / 28 Oktyabr 2026
91
16:56 / 28 Oktyabr 2026
243
16:53 / 28 Oktyabr 2026
528
16:33 / 28 Oktyabr 2026
1889
16:32 / 28 Oktyabr 2026
328
16:20 / 28 Oktyabr 2026
88
16:05 / 28 Oktyabr 2026
92
15:58 / 28 Oktyabr 2026
86
15:45 / 28 Oktyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.