Mikayıl Cabbarov yeni qərar İMZALAYIB
17 Noyabr 2026, 18:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1312
28.10.2026, 15:30
Məlum olduğu kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində rəhbər dəyişikliyi baş verib. Mirsaleh Seyidov ədliyyə nazirinin müavini və Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, yerinə Sahib Rzayev gətirilib.
Bu dəyişiklik cəzaçəkmə müəssisələrində mövcud vəziyyətin, məhbusların saxlanma şəraitinin və penitensiar sistemdəki problemlərin yenidən diqqət mərkəzinə gəlməsinə səbəb olub.
Bəs rəhbərlik dəyişikliyindən sonra həbsxanalarda vəziyyət düzələcəkmi?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz xatırladıb ki, Fərid Əhmədov ədliyyə naziri təyin olunandan sonra bir sıra orqanlarda kadr islahatları aparmışdı:
“Belə yerlərdən biri də Penitensiar Xidmət olub. 2025-ci ilin noyabr ayında nazirin sərəncamı ilə Penitensiar Xidmətin iki vəzifəli şəxsi ədliyyə orqanlarından xaric edilib. Onlardan biri Penitensiar Xidmətin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubov, digəri isə ədliyyə orqanlarının məsul işçisi Altay Abdullayev idi. Təbii ki, bu cür məsul vəzifələrdə çalışan Fəqan Yaqubovun kobud qanun pozuntuları ilə müşayiət olunan əməlləri Penitensiar Xidmət rəisinin gözündən yayına bilməzdi. Görünür, ya onun əməllərinə hansısa səbəblərdən göz yumulub, ya da onunla əlbirliyi edilib. Hər iki halda Mirsaleh Seyidov öz vəzifəsində saxlanıla bilməzdi. O, mütləq işindən uzaqlaşdırılmalı və cəzalandırılmalı idi”.
O ki qaldı Penitensiar Xidmətin yeni təyin olunan Sahib Rzayevə, Heydər Oğuz onun barəsində mənfi bir məlumata rast gəlmədiyini deyib:
“Tərcümeyi-halından aydın olur ki, Sahib Rzayev Bakı Dövlət Universitetində hüquq və beynəlxalq hüquq ixtisasları üzrə bakalavr və magistr təhsili alıb. Ümid edirəm ki, universitetdə topladığı nəzəri bilgilərini, eləcə də uzun illər hüquq-mühafizə orqanlarında topladığı təcrübəsini yeni vəzifəsindəki təcrübəsi ilə birləşdirəcək, öz həmkarlarına əsl nümunə göstərəcək”.
18:55 / 17 Noyabr 2026
13
18:50 / 17 Noyabr 2026
21
18:40 / 17 Noyabr 2026
100
18:38 / 17 Noyabr 2026
41
18:28 / 17 Noyabr 2026
63
18:21 / 17 Noyabr 2026
73
17:59 / 17 Noyabr 2026
86
17:49 / 17 Noyabr 2026
82
16:51 / 17 Noyabr 2026
108
16:34 / 17 Noyabr 2026
113
16:29 / 17 Noyabr 2026
109
16:21 / 17 Noyabr 2026
129
16:12 / 17 Noyabr 2026
108
15:57 / 17 Noyabr 2026
128
15:43 / 17 Noyabr 2026
147
15:12 / 17 Noyabr 2026
140
15:07 / 17 Noyabr 2026
141
14:52 / 17 Noyabr 2026
183
14:35 / 17 Noyabr 2026
186
14:15 / 17 Noyabr 2026
139
14:02 / 17 Noyabr 2026
173
13:57 / 17 Noyabr 2026
163
13:45 / 17 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.