Xoşqədəm Hidayətqızından Ramiz Mehdiyevlə bağlı ŞOK FAKT
28 Oktyabr 2026, 16:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
71
28.10.2026, 16:05
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı şəhərində növbəti əmək yarmarkası keçirilib.
Oxu24.com xəbər verir ki, yarmarkada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri, işəgötürənlər və işaxtaran şəxslər iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev aktiv məşğulluq tədbirlərindən biri olan əmək yarmarkalarının əhalinin məşğulluğunun təmin edilməsində effektiv alətlərdən biri olduğunu bildirib. Nazir müavini cari ildə də 200-ə yaxın əmək yarmarkasının keçirildiyini, bu aktiv məşğulluq tədbirlərinin işaxtaran şəxslərlə işəgötürənlər arasında birbaşa əlaqənin qurulmasına, vakansiyalar barədə məlumatlılığın artırılmasına imkan yaratdığını vurğulayıb.
Əmək yarmarkasında 150 müəssisə tərəfindən 1000-dən artıq vakansiya təqdim olunub. Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Agentliyin tabeliyindəki Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da yarmarkada öz stendləri ilə təmsil olunub.
İşsiz və işaxtaran vətəndaşlara peşə hazırlığı kursları, həmin kurslara müraciət qaydaları barədə ətraflı məlumat verilib. Yarmarka çərçivəsində Mərkəzi Karyera Filialı tərəfindən iştirakçılara peşəyönümü məsləhət xidməti ilə bağlı məlumatlandırma təlimi də keçirilib.
16:53 / 28 Oktyabr 2026
1
16:33 / 28 Oktyabr 2026
473
16:32 / 28 Oktyabr 2026
101
16:20 / 28 Oktyabr 2026
58
15:58 / 28 Oktyabr 2026
68
15:45 / 28 Oktyabr 2026
110
15:30 / 28 Oktyabr 2026
475
15:21 / 28 Oktyabr 2026
104
15:09 / 28 Oktyabr 2026
148
14:51 / 28 Oktyabr 2026
96
14:42 / 28 Oktyabr 2026
99
14:40 / 28 Oktyabr 2026
95
14:30 / 28 Oktyabr 2026
109
14:18 / 28 Oktyabr 2026
124
14:16 / 28 Oktyabr 2026
74
14:07 / 28 Oktyabr 2026
94
14:00 / 28 Oktyabr 2026
78
13:52 / 28 Oktyabr 2026
122
13:40 / 28 Oktyabr 2026
90
13:25 / 28 Oktyabr 2026
120
13:15 / 28 Oktyabr 2026
122
13:13 / 28 Oktyabr 2026
176
13:05 / 28 Oktyabr 2026
1647
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.