Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ukraynadan şad xəbər gəldi: Bu ərazi işğaldan azad edildi

SON DƏQİQƏ! Ukraynadan şad xəbər gəldi: Bu ərazi işğaldan azad edildi

REDAKTORUN SEÇİMİ

1699

27.03.2022, 09:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Silahlı Qüvvələri dünən Zaporojye vilayətinin Poltovka kəndini Rusiya qoşunlarından geri alıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Motzuyanik bildirib.

O, vurğulayıb ki, paytaxt Kiyevin yaxınlığında yerləşən İrpin şəhərində şiddətli döyüşlər davam edir.

İrpinin meri Aleksandr Markuşin xəbəri təsdiqləyib. “Düşmən qoşunları İrpinə üç istiqamətdən hücuma keçməyə çalışsa da, əsgərlərimiz bu hücumları dəf edib”, - mer deyib.

Eyni zamanda Zaporojye vilayətinin ərazi müdafiə qüvvələri daha əvvəl Malinovkanı da Rusiya hərbçilərindəm azad edib. Məlumata görə, qarşı tərəf onlarla hərbçi itirib.

Zaporojye Regional Hərbi Administrasiyası məlumatı təsdiqləyib, bildirilir ki, kənd tamamilə azad olunub.

Qeyd edilir ki, hücum əməliyyatı nəticəsində ukraynalı müdafiəçilərlə döyüşdə Rusiyanın 80-dək hərbçisi həlak olub, bir neçə zirehli texnikası sıradan çıxarılıb, həmçinin motoatıcı bölmənin sənədlərini və silahlarını ələ keçirib.

"Azov" alayı əsir götürdükləri rusları biabırçı vəziyyətə saldı (18+VİDEO)