Bu tarixlərdə işləyənlərə iki qat ödəniş olunacaq - AÇIQLAMA
04 Noyabr 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1035
17.02.2022, 11:30
Cinayət törətdiyinə görə hazırda axtarışda olan şəxslər var.
Oxu24.com xəbər verir ki, axtarışda olanlar arasında qadınlar da yer alıb.
Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barələrində axtarış elan edilən qadınlardan bir neçəsini təqdim edirik.
Nəsirli Jalə Miriş qızı
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə axtarış elan edilib.
Məlikova Xalidə Sərvərovna
Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə axtarış elan edilən Xalidə Məlikova isə dələduzluğu külli miqdarda ziyan vurmaqla törədib.
Kərimova Ellada Manned qızı
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə axtarış elan edilib. Ellada Kərimova dələduzluğu təkrar törədib.
Əsgərova Əfsanə Qəhrəman qızı
Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə axtarış elan edilən Əfsanə Əsgərova isə qəsdən sağlamlığa yüngül zərər vurmaqda ittiham olunur.
Veronika Karmakova Nikolayevna
Veronika Kərimova barəsində isə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə axtarış elan edilib. Qaçaqmalçılığı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməkdə ittiham olunan qadın, eyni zamanda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmaya görə də axtarışdadır.
Tarusova Lyudmila Borisovna
Barəsində Cinayət Məcəlləsinin 179.3.2., 324, 312.1-ci maddələri ilə axtarış elan edilən Lyudmila Tarusova külli miqdarda mənimsəmədə, Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlərdə və vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.
Hacıyeva Gülnarə Zakir qızı
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə axtarış elan edilib.
Əlieyeva Nadejda Qriqoryevna
Barəsində Cinayət Məcəlləsinin 178.2.1, 320.1-ci maddələri ilə axtarış elan edilən Nadejda, dələduzluğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməkdə və rəsmi sənədi saxtalaşdırmada ittiham olunur.
Abdullayeva Hicranə Rəcəb qızı
Barəsində Cinayət Məcəlləsinin 144.1.2.2 - ci maddəsi ilə axtarış elan edilən qadın insan alverində ittiham olunur. O, bu əməli təkrar törədib.
Fərzəliyeva Xalidə Əli qızı
Barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə axtarış elan edilən Xalidə Fərzəliyeva da hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmada ittiham olunur.
Əkbərova Lalə Vilayət qızı
Barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-cü maddələri ilə axtarış elan edilən Lalə Əkbərova insan alverində ittiham olunur.
Dərvişova Həmidə Həmid qızı
Barəsində Cinayət Məcəlləsinin 234.1, 234.4-cü maddələri ilə axtarış elan edilən Həmidə Dərvişova isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub.
21:46 / 04 Noyabr 2026
1
21:39 / 04 Noyabr 2026
26
21:32 / 04 Noyabr 2026
41
21:28 / 04 Noyabr 2026
42
21:26 / 04 Noyabr 2026
113
21:13 / 04 Noyabr 2026
145
21:04 / 04 Noyabr 2026
75
21:03 / 04 Noyabr 2026
88
21:00 / 04 Noyabr 2026
83
20:58 / 04 Noyabr 2026
64
20:51 / 04 Noyabr 2026
66
20:47 / 04 Noyabr 2026
75
20:44 / 04 Noyabr 2026
110
20:41 / 04 Noyabr 2026
78
20:33 / 04 Noyabr 2026
256
20:28 / 04 Noyabr 2026
150
20:26 / 04 Noyabr 2026
149
20:21 / 04 Noyabr 2026
80
20:13 / 04 Noyabr 2026
92
20:08 / 04 Noyabr 2026
179
19:57 / 04 Noyabr 2026
122
19:55 / 04 Noyabr 2026
113
19:55 / 04 Noyabr 2026
177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.