Qaynar xətt:

(+99450) 247 90 86

13 gün iş olmayacaq

13 gün iş olmayacaq

REDAKTORUN SEÇİMİ

456

17.02.2022, 10:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mart ayında iki bayramın olması istirahət günlərinin sayını artırır.

Oxu24com  xəbər verir ki, ayın ilk bayramı 8 Mart - Beynəlxalq Qadınlar Gününə düşür.

Həmçinin 2022–ci il martın 20, 21, 22, 23, 24 Novruz bayramıdır. Əmək Məcəlləsinə əsasən, martın 20-si bazar gününə təsadüf etdiyindən, iş və istirahət günlərinin yeri dəyişdirilərək ayın 25-i qeyri-iş günü olacaq.

26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün, Novruz bayramı ilə əlaqədar 8 gün istirahət edəcəyik. İş günü martın 28-dən başlayacaq.

Şənbə və bazar günləri də daxil olmaqla, mart ayında 13 gün qeyri-iş günüdür.