Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda faciə: Ölən var

Bakıda faciə: Ölən var

REDAKTORUN SEÇİMİ

402

16.11.2021, 13:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 14-ü səhər saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolunun Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Valeh Mahmudov idarə etdiyi “Mercedes Vita” markalı təcili tibbi yardım avtomobili ilə piyada xəttini keçmək istəyən - 1992-ci il təvəllüdlü Pərviz Əsgərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.