Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
609
05.11.2021, 15:06
Zərərçəkənlər generalı simulyasiya etməkdə ittiham etdi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, noyabrın 5-də Bakı Hərbi Məhkəməsində keçirilən açıq məhkəmə iclasına jurnalistlər yenə buraxılmayıb. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə kritik anlar yaşanıb.
Təqsirləndirilən Yasin Məmmədov dindirilərkən sabiq rəisi Mövlam Şıxəliyevin əleyhinə ifadə verib. Qanunsuz həbslər, cinayətə bərabər qanunsuz göstərişlərlə bağlı sualların cavabında məsuliyyəti üzərindən atıb. Belə tapşırıqların Mövlam Şıxəliyevin göstərişi ilə baş tutduğunu deyib.
Keçmiş işçisinin ifadəsi Mövlam Şıxəliyevi əsəbiləşdirib. Saxlandığı dəmir barmaqlıqlar arxasında halı pisləşən Mövlam Şıxəliyev özündən gedib. Konvoy onu yarı huşsuz halda zaldan çıxarıb. Bakı Hərbi Məhkəməsinə təcili tibbi yardım dəvət olunub. Zərərçəkənlər hakimdən tələb ediblər ki, Mövlam Şıxəliyev tez bir zamanda zala qaytarılsın və məhkəmə prosesi davam etdirilsin. Onlar Mövlam Şıxəliyevi özünü pis hiss etməsi görüntüsü yaratmaqda ittiham ediblər. Məhkəməyə çağırılan həkimlər Mövlam Şıxəliyevi müayinə etdikdən sonra Musavat.comun əməkdaşına bildiriblər ki, pasiyentin təzyiqi qalxıb, həyatına hər hansı bir təhlükə yoxdur.
Qeyd edək ki, sabiq MTN generalı Mövlam Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham edilir.
Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir, digərləri barəsində istintaq, məhkəmə dövründə həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib.

05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.