Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
809
03.11.2021, 23:01
Pensilvaniya və Ayova universitetlərinin alimləri ABŞ-da yüzlərlə ağ quyruqlu maralın koronavirusa yoluxduğunu müəyyən ediblər.
Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, araşdırmanın nəticəsi biorxiv portalında dərc olunub.
Mütəxəssislərin fikrincə, SARS-CoV-2 marallara insanlardan keçib. Daha sonra virus heyvanlar arasında sürətlə yayılmağa başlayıb. 2020-ci ilin aprelindən 2021-ci ilin yanvarına qədər alimlər Ayova ştatında sınaq üçün şəxsləri seçiblər və onların 80%-ə qədərinin yoluxduğunu aşkar etdilər. Lakin bioloqlar insanların onları necə yoluxdurduğunu dəqiq deyə bilməyiblər.
"Başqa ştatlarda marallarda eyni şeyin baş vermədiyinə inanmaq üçün heç bir əsas yoxdur", - əsərin müəlliflərindən olan doktor Kapur bildirib.
"Tədqiqatın nəticələri mütəxəssisləri narahat edib. Çünki onlar virusun Şimali Amerikada ən çox yayılmış heyvan növləri arasında yayılmasının patogenin məhv edilməsini daha da çətinləşdirə biləcəyinə inanırlar. Qeyd ediblər ki, həmin heyvanlar SARS-CoV-2 mutasiyalarının anbarına çevrilə bilər. Bu halda zaman keçdikcə o, daha virulentləşəcək və mövcud vaksinlərdən yan keçməyi öyrənəcək", - alimlər həyəcan təbili çalıblar.
"Marallar virusu insanlara ötürə bilsələr, bu, oyunun qaydalarını dəyişəcək. Virusun anbarına çevrilə bilən vəhşi heyvanlar çox nadir və əlverişsiz bir hadisədir", - bu barədə "New York Times"a Wisconsin-Madison Universitetinin baytar həkimi Toni Qoldberq məlumat verib.
Tədqiqatçılar problemin həlli yollarından biri olaraq, marallar üçün xüsusi koronavirus peyvəndinin hazırlanmasını təklif ediblər. Amma minlərlə maralı vaksin etmək praktiki cəhətdən mümkün deyil.
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.