Qaynar xətt:

(+99450) 247 90 86

Təhsil Nazirliyi müəllimlərə müraciət edib

Təhsil Nazirliyi müəllimlərə müraciət edib

REDAKTORUN SEÇİMİ

313

03.11.2021, 19:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Təhsil Nazirliyi müəllimlərin məcburi şəkildə koronavirus əleyhinə 3-cü doza vaksin vurdurmaları ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov "Report"a açıqlamasında belə məcburiyyətin olmadığını deyib.

Onun sözlərinə görə, təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub:

"Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur".

Bakıda şok əməliyyat: 67 nəfər tutuldu +VİDEO