Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
8880
05.08.2021, 19:01
Şirvanda “tiryəkxana” saxlayan ər və arvad saxlanılıb.
DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər də məhkum olunmuş 56 yaşlı Firuz Şadlinski və onun həyat yoldaşı, 55 yaşlı Qönçəgül Baxışəliyeva yaxalanıb.
Onların yaşadıqları ünvanda “tiryəkxana” təşkil etməklə narkotik aludəçilərinə narkotik maddələrin istehlakına şərait yaratdıqları, eləcə də satışı ilə məşğul olduqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı oradan “patı”, heroin, elektron tərəzi və narkotiklərin satışından əldə edilən pullar aşkar edilərək maddi sübut kimi götürülüb.
Həmçinin əməliyyat tədbiri keçirilən zaman orada narkotik vasitə qəbul edən iki nəfər də saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakini Novruz Məmmədov və Hacıqabul rayon sakini Namiq Abdulhüseynov olduqları müəyyənləşdirilib.
Hər iki şəxs dindirilmə zamanı “tiryəkxana”ya narkotik qəbul etmək üçün gəldiklərini və pul müqabilində ev sahiblərinin onlara şərait yaratdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
13:27 / 11 Noyabr 2026
1
13:19 / 11 Noyabr 2026
35
13:13 / 11 Noyabr 2026
39
12:57 / 11 Noyabr 2026
107
12:54 / 11 Noyabr 2026
96
12:48 / 11 Noyabr 2026
91
12:44 / 11 Noyabr 2026
128
12:35 / 11 Noyabr 2026
188
12:32 / 11 Noyabr 2026
99
12:29 / 11 Noyabr 2026
82
12:24 / 11 Noyabr 2026
528
12:19 / 11 Noyabr 2026
382
12:15 / 11 Noyabr 2026
103
12:09 / 11 Noyabr 2026
92
11:57 / 11 Noyabr 2026
606
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
197
11:43 / 11 Noyabr 2026
1159
11:34 / 11 Noyabr 2026
122
11:32 / 11 Noyabr 2026
164
11:28 / 11 Noyabr 2026
172
11:16 / 11 Noyabr 2026
344
11:13 / 11 Noyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.