Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycan sərhədlərini atəşə tutan erməni əsgəri məhv edilib

SON DƏQİQƏ! Azərbaycan sərhədlərini atəşə tutan erməni əsgəri məhv edilib

REDAKTORUN SEÇİMİ

5489

14.07.2021, 13:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi bu gün saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Oxu24.com  xəbər verir ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.
Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Ermənistan Müdafiə Nazirliyi isə məlumat yayıb ki, bu istiqamətdə – Yerasx bölgəsində Azərbaycan Silahlı Qüvvələri ilə atışmada bir erməni əsgəri öldürüldü.

(turkustan.info)