Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56411
az

ABŞ səfiri Şuşaya niyə getmədi? - Səfirlikdən  ŞOK AÇIQLAMA

23:4512 İyul, 2021
2399
REDAKTORUN SEÇİMİ
  • A

ABŞ, Rusiya və Fransa səfirləri Azərbaycan hökumətinin diplomatik korpusla birgə ikinci Qarabağ müharibəsi zamanı azad edilmiş Şuşa şəhərinə dəvətinə məhəl qoymayıblar. ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin mövqeyi Azərbaycanda ictimai etiraza səbəb olub.

Oxu24.com  xəbər verir ki, bununla əlaqədar haqqin.az saytının redaksiyası ABŞ-ın Azərbaycandakı səfiri Earl Litzenbergerdən sualları  cavablandırmasını xahiş edib. ABŞ səfirliyinin cavablarını oxucularımıza təqdim edirik.

Qeyd edək ki, redaksiya Rusiya və Fransa səfirlərinə də suallar ünvanlayıb.

- Niyə hökumətin Şuşaya ziyarət dəvətini rədd etdiniz?

- Səfirin cədvəli və ya müəyyən tədbirlərdə iştirak edə bilməməsinin səbəbləri ilə bağlı detalları şərh etmirik. Qeyd etmək istərdik ki, cümə günü Bakıda Füzuli və Şuşaya gedə bilməyən bir sıra diplomatik nümayəndəliklərin nümayəndələri var idi.

- ABŞ Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edir. Niyə ABŞ Dağlıq Qarabağ məsələsində Rusiyanın konsolidasiya edilmiş mövqeyi ilə həmrəy davranır?

- ABŞ 2014-cü ildə Rusiyaya qarşı Ukrayna ərazilərini işğalı, zərərli kiber fəaliyyətlər və terrorla mübarizə əməliyyatları, insan alveri, silah yayılması və digər zərərli fəaliyyətlərə görə sanksiyalar tətbiq etdi.
ABŞ Rusiya ilə qarşıdurma axtarmır. Rusiyanın daha sabit və proqnozlaşdırılan ikitərəfli münasibətlər qurmağımızı təmin edəcək qaydalara əsaslanan beynəlxalq öhdəlik modelinə qayıdacağı günü səbirsizliklə gözləyirik. ABŞ sanksiyalar, silahların azaldılması və iqlim dəyişikliyi kimi qarşılıqlı və qlobal maraq kəsb edən məsələlərdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədrləri olaraq Rusiya ilə əməkdaşlığı istisna etmir.

- Niyə Minsk Qrupunun üç həmsədri - ABŞ, Rusiya və Fransa səfirləri eyni mövqedən çıxış edərək 9 iyulda Şuşaya səfər dəvətini rədd etdilər?

- Səfirimizin cədvəlinin təfərrüatlarını şərh etmirik. Digər səfirliklərlə bağlı ətraflı məlumat üçün Fransa və Rusiya səfirləri ilə əlaqə saxlamağınızı tövsiyə edirik.

Oxu24.com 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis bu qızı axtarır
Milli Hidrometeorologiya Xidməti açıqlama yaydı
Gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM