Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1968
01.03.2021, 12:43
Son dövrlər sosial şəbəkədə müzakirələr zamanı aprel ayında müharibənin yenidən başlaya biləcəyi barədə şayiələr səsləndirilməyə başlayıb.
Oxu24.com xəbər verir ki, istifadəçilər buna səbəb kimi ermənilərin revanşist ideyasını əsas gətirir.
İnsanları mövzu ətrafında maraqlandıran sualına cavab tapmaq və şayiələrin nə qədər həqiqəti əks etdirməsini dəqiqləşdirmək məqsədilə Ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanova müraciət etdik. Hərbi ekspert BAKU.WS-ə bildirdi ki, ermənilərdə revanşist fikirlər ola bilər, amma bununla müharibə aparmaq olmur:
“Mənə elə gəlir ki, bu mövzuda yayılan şayiələrin cavabını ötən gün mətbuat konfransında Azərbacanın Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı İlham Əliyev cavablandırdı. Əvvəla onu deyim ki, Ermənistanın Silahlı Qüvvələri Azərbaycan Ordusu tərəfindən darmadağın edilib. Belə olan halda onlar müharibəni necə edəcək?
Ermənilərdə revanşist fikirlər ola bilər, amma bununla müharibə aparmaq olmur. Müharibə məhz ordu, güc və silahla aparılır. 3 ay keçməsinə baxmayaraq Ermənistan ordusu darmadağın edilibsə, onların texnika və silah-sursatlarını itirmələri bəllidirsə, Ermənistan nə ilə Azərbaycan qarşısında dayana bilər?
Əgər biz ehtimal versək ki, nə vaxtsa nəsə olacaq, cənab prezident buna da cavab verdi. Azərbaycan Ordusu bundan sonra da ən müasir silahlarla silahlanacaq, ordusunu daha da gücləndirəcək. “Dəmir yumruq” hər zaman işə salına bilər. Əgər Ermənistan belə bir addım atmağa cəhd göstərərsə, bu həmin dövlətin olub-olmamasını gündəmə gətirə bilər.
Lakin biz bilirik ki, Ermənistan silahlanır, müəyyən qüvvələr var ki, bu ölkəni silahlandırmaq istəyir. Bilirik ki, Qafqazda müəyyən münaqişə ocağının qalmasında maraqlı olan müəyyən qüvvələr var. Buna görə, öz barıtımızı quru saxlayırıq. Azərbaycan Ordusu İkinci Qarabağ Müharibəsində istər şəxsi heyət, istərsə də texnika cəhətdən böyük itkilərə məruz qalmayıb.
Azərbaycanın yetərli qədər gücü var. Ordumuz müharibədən sonra itiriləni qısa zamanda bərpa edib. Ermənistan isə bu sahədə Azərbayacana heç vaxt çata bilməz. Azərbaycan əvəllər əks hücum əməliyyatı aparırdısa, hazırda dövlət sərhədində olan silahlı qüvvələrimiz irəliləmək istəyən düşməni yerində oturdacaq”.
18:04 / 13 Noyabr 2026
39
17:59 / 13 Noyabr 2026
43
17:46 / 13 Noyabr 2026
61
17:30 / 13 Noyabr 2026
55
17:18 / 13 Noyabr 2026
53
17:13 / 13 Noyabr 2026
204
17:07 / 13 Noyabr 2026
65
16:59 / 13 Noyabr 2026
71
16:51 / 13 Noyabr 2026
93
16:37 / 13 Noyabr 2026
119
16:29 / 13 Noyabr 2026
93
16:08 / 13 Noyabr 2026
227
16:00 / 13 Noyabr 2026
99
15:42 / 13 Noyabr 2026
357
15:37 / 13 Noyabr 2026
106
15:30 / 13 Noyabr 2026
106
15:01 / 13 Noyabr 2026
135
14:59 / 13 Noyabr 2026
278
14:50 / 13 Noyabr 2026
154
14:46 / 13 Noyabr 2026
122
14:33 / 13 Noyabr 2026
131
14:24 / 13 Noyabr 2026
641
14:17 / 13 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.