Səhiyyə Nazirliyi isti-soyuq hava keçidi ilə bağlı əhaliyə xəbərdarlıq edib
02 Sentyabr 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
356
29.07.2024, 12:09
Qarabağ Müharibəsi qazisi, ikinci qrup Qarabağ əlili Həsənov Bəymirzə Gülmirzə oğlu illərdir Dövlət tərəfindən ona veriləcək mənzilini ala bilməməsi barədə məlumat vermişdik.
Oxu24.com xəbər verir ki, qeyd olunan müraciətə rəsmi olaraq münasibət bildirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov sorğumuza cavab olaraq bildirib ki, Həsənov Bəymirzə Gülmirzə oğlu ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyi olan şəxs kimi aylıq 763,87 manat sosial ödənişlə (o cümlədən Prezidentin aylıq təqaüdü olaraq 400 manat və əlilliyə görə pensiya olaraq 363,87 manat) təmin edilir.

(Fotoda - Murad Həşimov)
Həmçinin ona əlillik təyin edildiyi dövrdə (2004-cü ildə) müharibə ilə əlaqədar əlilliyə görə birdəfəlik sığorta ödənişi edilib.
Mənzil növbəsində olsa da, ona mənzil təqdim edilmədiyini bildirən B.Həsənova əslində ailə tərkibi və Bakı şəhərində qeydiyyatda olduğu nəzərə alınmaqla son illərdə Bakının Xocəsən qəsəbəsində yeni yaşayış kompleksindən 1 otaqlı mənzil təklif edilib. Lakin o bu təklifdən imtina edib.
Bununla belə, qarşıdakı dövrdə ona növbəti dəfə mənzil təklif edilməsi nəzərdə tutulub.
B.Həsənovun avtomobillə təminatı məsələsinə gəldikdə isə, bunun üçün nəqliyyat vasitəsinə tibbi göstərişinin müəyyən edilməsi məqsədilə onun müraciəti əsasında tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş daxil edilməlidir.
Ötən dövrdə B.Həsənovla bağlı e-sistemə həmin göndəriş daxil edilməyib və o, hazırda avtomobil növbəsində qeydiyyatda deyil.
Oxu24.com məsələni diqqətdə saxlayacaq.
Miri Məcidli
09:20 / 10 Sentyabr 2026
28
09:19 / 10 Sentyabr 2026
86
09:17 / 10 Sentyabr 2026
33
00:34 / 10 Sentyabr 2026
84
23:34 / 09 Sentyabr 2026
74
23:22 / 09 Sentyabr 2026
86
23:04 / 09 Sentyabr 2026
88
22:55 / 09 Sentyabr 2026
73
22:44 / 09 Sentyabr 2026
71
22:32 / 09 Sentyabr 2026
66
22:14 / 09 Sentyabr 2026
66
22:04 / 09 Sentyabr 2026
92
22:00 / 09 Sentyabr 2026
70
21:55 / 09 Sentyabr 2026
84
21:55 / 09 Sentyabr 2026
72
21:54 / 09 Sentyabr 2026
169
21:50 / 09 Sentyabr 2026
78
21:48 / 09 Sentyabr 2026
74
21:40 / 09 Sentyabr 2026
81
21:34 / 09 Sentyabr 2026
73
21:30 / 09 Sentyabr 2026
78
21:26 / 09 Sentyabr 2026
101
21:20 / 09 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.