Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
1428
26.07.2024, 11:14
Qarabağ Müharibəsi qazisi, ikinci qrup Qarabağ əlili Həsənov Bəymirzə Gülmirzə oğlu illərdir Dövlət tərəfindən ona veriləcək mənzilini ala bilmir.
Bununla bağlı Oxu24.com-a qazinin özü məlumat verib.
2003-cü ilin dekabrında Füzulidə hərbi vəzifəsini yerinə yetirərkən snayper yarası alan Bəymirzə Həsənov illərdir ki, mənzil növbəsində olsa da, həmin mənzili ala bilmir.
“2002-ci ildə hərbi xidmətə yollandım. Həmin vaxt Füzulidə postda xidmət edirdim. Xidmət zamanı düşmən tərəfindən atılan güllə yarasından ağır yaralandım. Həmin vaxtdan ikinci qrup əlillliyim yarandı. Bu gün həm əlilliyə görə pensiya, həm də Prezident təqaüdü alıram. Mənim bu gün ən böyük problemim qanunla nəzərdə tutulmuş mənzilin hələ də mənə verilməməsi ilə bağlıdır.
05.11.2008-ci ildən etibarən Qarabağ müharibəsi 2-ci qrup əlillərinin mənzil uçot siyahısındayam. Buna baxmayaraq mənzili ala bilmirəm. Bir neçə dəfə rəsmi müraciət etmişəm. Mənim qeydiyyatım və yaşayış yerim Yasamal rayonudur.
Cənab Prezidentin göstərişinə görə evlər yaşayış yerinə uyğun şəkildə verilməliidr. Xahiş edirəm ki, aidiyyatı qurumlar bunu nəzərə alıb mənim mənzillə təmin olunmağıma tez bir zamanda köməklik göstərsinlər”, - deyə qazi Bəymirzə Həsənov bildirib.
Onun sözlərinə görə uzun müddətdir ki, qazi kimi avtomobil növbəsində olsa da,onu da ala bilməyib.
“Bu gün ev problemimə görə evlənə də bilmirəm.Artıq 40 yaşıma çatmışam. Hazırda kirayədə yaşadığım üçün evlənə də bilmirəm.Bundan əlavə mənim haqqım olan avtomobili də ala bilməmişəm. Dəfələrlə etdiyim müraciətlərə baxmayaraq cavab verən yoxdur”,- deyə Bəymirzə Həsənov bildirib.
Oxu24.com məsələni diqqətdə saxlayacaq.
Miri Məcidli
09:20 / 10 Sentyabr 2026
28
09:19 / 10 Sentyabr 2026
86
09:17 / 10 Sentyabr 2026
33
00:34 / 10 Sentyabr 2026
84
23:34 / 09 Sentyabr 2026
74
23:22 / 09 Sentyabr 2026
86
23:04 / 09 Sentyabr 2026
88
22:55 / 09 Sentyabr 2026
73
22:44 / 09 Sentyabr 2026
71
22:32 / 09 Sentyabr 2026
66
22:14 / 09 Sentyabr 2026
66
22:04 / 09 Sentyabr 2026
92
22:00 / 09 Sentyabr 2026
70
21:55 / 09 Sentyabr 2026
84
21:55 / 09 Sentyabr 2026
72
21:54 / 09 Sentyabr 2026
169
21:50 / 09 Sentyabr 2026
78
21:48 / 09 Sentyabr 2026
74
21:40 / 09 Sentyabr 2026
81
21:34 / 09 Sentyabr 2026
73
21:30 / 09 Sentyabr 2026
78
21:26 / 09 Sentyabr 2026
101
21:20 / 09 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.