Bakıda “Türkmənistanın Bitərəfliyi – sülhün və etimadın işıqlı yoludur” adlı kitabın təqdimat mərasimi keçirilib
24 Noyabr 2026, 18:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
47
24.11.2026, 18:37
Tanınmış ekspert Bəhruz Əliyev "İnformasiya Təhlükəsizliyi" adlı dərs vəsaitinin həmmüəllifi olub.
Oxu24.com bildirir ki, informasiya texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Bildirib ki, yeni vəsait informatika müəllimlərinin informasiya təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq və şagirdlərə internetdən təhlükəsiz istifadə qaydalarını öyrətmək məqsədilə hazırlanıb.
Kitab Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ərsəyə gəlib. Layihəni Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası həyata keçirib.
Vəsaitin təqdimatı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilib.
Səkkiz bölmədən ibarət olan kitabda kibertəhlükəsizlik, kiberhücumlar, şəxsi məlumatların qorunması, internetdə təhlükəsiz davranış və rəqəmsal etika kimi mövzular yer alıb.
Vəsaitdə müəllimlərin mövzuları daha yaxşı öyrənməsi və şagirdlərə asan şəkildə izah etməsi üçün nümunələr, müzakirə və yoxlama sualları da təqdim olunub.
Bəhruz Əliyev nəşrin informasiya təhlükəsizliyi sahəsinə maraq göstərənlər üçün faydalı olacağına ümid etdiyini bildirib.
18:53 / 24 Noyabr 2026
14
18:50 / 24 Noyabr 2026
31
18:44 / 24 Noyabr 2026
60
18:41 / 24 Noyabr 2026
39
18:32 / 24 Noyabr 2026
64
18:24 / 24 Noyabr 2026
58
18:19 / 24 Noyabr 2026
64
18:13 / 24 Noyabr 2026
96
18:08 / 24 Noyabr 2026
129
18:04 / 24 Noyabr 2026
84
17:58 / 24 Noyabr 2026
94
17:55 / 24 Noyabr 2026
777
17:48 / 24 Noyabr 2026
103
17:48 / 24 Noyabr 2026
90
17:41 / 24 Noyabr 2026
101
17:32 / 24 Noyabr 2026
96
17:30 / 24 Noyabr 2026
127
17:22 / 24 Noyabr 2026
114
17:07 / 24 Noyabr 2026
166
17:05 / 24 Noyabr 2026
100
17:05 / 24 Noyabr 2026
96
16:58 / 24 Noyabr 2026
112
16:50 / 24 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.