Bakıda yaşayanların diqqətinə!
24 Noyabr 2026, 18:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
54
24.11.2026, 18:08
Məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdan 25 manata endirilir.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin noyabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Eləcə də qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə müəyyən edilən dövlət rüsumunun iddianın yalnız mübahisələndirilən hissəsi ilə məhdudlaşdırılması təklif olunur.
Qüvvədə olan qanuna əsasən, məhkəmə əmri haqqında ərizəyə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. 1 000 manatadək qiymətləndirilən iddia ərizəsinə görə 30 manat, 10 000 manatadək olduqda isə əlavə olaraq iddianın bir faizi miqdarında (məsələn, iddia tələbi 2 000 manat olduqda 40 manat) dövlət rüsumu müəyyən edilir.
Qiymətləndirilən və qiymətləndirilməyən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumu müvafiq iddialar üçün müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında müəyyən edilir. Təklif olunur ki, bu rüsum (dövlət rüsumunun 50 faizi) qiymətləndirilən iddialara münasibətdə ilkin iddianın bütövlükdə məbləğinin 50 faizinə deyil, yalnız mübahisələndirilən hissəsinə şamil edilsin. Bu, şikayət verən şəxsin rüsum yükünün azalmasına və rüsumun yalnız mübahisələndirilən hissəyə uyğun hesablanmasına səbəb olacaq.
Həmçinin oxuyun
18:13 / 24 Noyabr 2026
2
18:04 / 24 Noyabr 2026
48
17:58 / 24 Noyabr 2026
58
17:55 / 24 Noyabr 2026
198
17:48 / 24 Noyabr 2026
76
17:48 / 24 Noyabr 2026
68
17:41 / 24 Noyabr 2026
79
17:32 / 24 Noyabr 2026
79
17:30 / 24 Noyabr 2026
107
17:22 / 24 Noyabr 2026
102
17:07 / 24 Noyabr 2026
129
17:05 / 24 Noyabr 2026
88
17:05 / 24 Noyabr 2026
90
16:58 / 24 Noyabr 2026
98
16:50 / 24 Noyabr 2026
100
16:40 / 24 Noyabr 2026
147
16:36 / 24 Noyabr 2026
115
16:25 / 24 Noyabr 2026
115
16:21 / 24 Noyabr 2026
109
16:09 / 24 Noyabr 2026
117
16:07 / 24 Noyabr 2026
106
16:02 / 24 Noyabr 2026
141
15:41 / 24 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.